SEPAH-ın polkovniki güllələndi - FOTO
25 Oktyabr 2022 22:40 Güneyİranın Sistan-Bəlucistan vilayətində SEPAH-ın 3 hərbçisi naməlum şəxslərlə atışmada öldürülüb.
Olaylar.az bildirir ki, bu barədə SEPAH-ın cənub-şərqi qərargahının məlumatında deyilir.
"Bir neçə dəqiqə əvvəl "Salman" bölməsinin əməkdaşları olan polkovnik Mehdi Mollaşaxi və "Bəsic" əməkdaşı Cavad Keyxa Zahedan şəhərinin Parastar meydanında naməlum şəxslərin silahlı hücumu nəticəsində öldürülüblər", - deyə bildirilib.
Məlumata görə, SEPAH hərbçiləri işdən evə qayıdan zaman avtomobildə olan şəxslər "Kalaşnikov"dan onları atəşə tutub. Hadisəni törədən şəxslərin axtarışına başlanılıb.

milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31