İranda silahlı qarşıdurma - VİDEO

İranın Urmiya şəhərində iki qrup arasında silahlı qarşıdurma yaşanıb.

Olaylar.az bildirir ki, "Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə Qərbi Azərbaycan vilayətinin polis idarəsinin rəsmisi polkovnik Sadiq Şəkəri İRNA-ya açıqlamasında deyib.

"Urmiyanın Azadeqan küçəsində ailələrarası münaqişə zəminində baş verən silahlı insidenti törədən dörd nəfər müəyyən edilərək həbs edilib. Polis əməliyyatı zamanı iki maşın və bir "Kalaşnikov" silahı da ələ keçirilib", - deyə polis polkovniki bildirib.

Baş verən silahlı insident zamanı "Peugeot" markalı avtomobilin sərnişinləri "Kalaşnikov" silahı ilə "Toyota Prado" markalı avtomobilin sərnişinlərinə atəş açmağa başlayıblar. Polisin məsələyə müdaxiləsindən sonra hadisə iştirakçıları saxlanılıblar.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31