"ABŞ-ın artıq yuxudan ayılmaq vaxtı çatıb" - Səid Xətibzadə

"Avropanın 3 ölkəsi və ABŞ məsələnin diplomatik yolla həllini davam etdirə və ya ona zidd davrana bilərlər. Biz hər ikisi üçün hazırıq".

Olaylar.az APA-ya istinadən bildirir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Hərtərəfli Birgə Fəaliyyət Planına münasibət bildirərkən deyib.

S. Xətibzadə bildirib ki, özlərini qəsdən yuxuya vurmuş Avropanın 3 ölkəsi və ABŞ-ın artıq yuxudan ayılmaq vaxtı çatıb. "Onlar diplomatik yolla məsələnin həllini davam etdirə və ya ona zidd davrana bilərlər. Biz hər ikisi üçün hazırıq."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31