İranda kütləvi xalq üsyanları başlayıb
13 May 2022 13:46 Güneyİran İslam Respublikasında kütləvi xalq üsyanları başlayıb. "OLAYLAR"-ın xəbərinə görə, buna səbəb cənub qonşumuzda baş verən qiymət artımıdır. Əksər ərzaq məhsullarında qeydə alınan qiymət artımı, əsasən də un və un məmulatlarında özünü daha qabarıq şəkildə göstərib.
İrandan gələn xəbərlərdə qeyd edilir ki, bu ölkədə unun qiymətinin 10 dəfəyə yaxın qalxması xalqı küçələrə çıxmağa məcbur edib. Sosial tələbələrə küçələrə çıxan sadə xalq kütlələri mövcud rejimin istefasını da tələb edirlər.
İran hakimiyyəti etiraz aksiyalarının qarşısını almaq üçün paytaxt Tehran daxil olmaqla ölkənin bütün bölgələrində təhlükəsizlik tədbirlərini gücləndirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31