48 nəfər içkidən zəhərləndi, 5-i öldü

İranın Bəndər Abbas şəhərində saxta spirtli içkidən 48 nəfər zəhərlənib.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, zəhərlənən şəxslərdən 5-i dünyasını dəyişib.

Hazırda 11 nəfərin vəziyyəti ağır olaraq qalır. Həmin şəxslərin reanimasiya şöbələrində müalicə olunduğu deyilir.

Onlardan 3-ü ciddi görmə problemi ilə üzləşib.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31