İranda zəlzələ olub

İranın Fars əyalətində 4,3 bal gücündə zəlzələ baş verib.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, yeraltı təkanlar Fars əyalətinin Zənban bölgəsində qeydə alınıb.

Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31