İranda ali rütbəlilərə sui-qəsd - FOTO

Olaylar.az bildirir ki, İranın Sistan-Bəlucistan əyalətində İslam İnqilab Keşikçiləri Korpusunun generalı Hüseyn Almasiyə qarşı sui-qəsd həyata keçirilib.

Bildirilir ki, generalın olduğu avtomobil naməlum şəxslər tərəfindən atəşə tutulub. Hadisə nəticəsində yüksək rütbəli zabitin cangüdəni Mahmud Absalan həlak olub. O, İslam İnqilab Keşikçiləri Korpusunun Salman Farsi adına 110-cu briqadasının komandiri general Pərviz Absalanın oğlu idi.

Rəsmi mənbələrdə Hüseyn Almasinin xəsarət almadığı deyilir, lakin yerli sosial şəbəkələrdə onun yaralandığı və xəstəxanaya yerləşdirildiyi barədə xəbərlər yayılıb.

ISNA Sistan-Bəlucistan əyaləti valisinin müavini Əlireza Mərhəmətiyə istinadla bildirib ki, hücumçular artıq həbs olunub.

ISNA Sistan-Bəlucistan əyaləti valisinin müavini Əlireza Mərhəmətiyə istinadla bildirib ki, hücumçular artıq həbs olunub.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31