İranın Mazandaran vilayətində 4 bal gücündə zəlzələ baş verib.
Olaylar.az xəbər verir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzindən bildiriblər.
Yeraltı təkanların episentri Kiasar şəhərindən 25 kilometr məsafədə, ocağı isə 8 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
trend