Gündəm
Nazir: "Strateji yol xəritəsi turizm sahəsində dönüş yaradacaq"
Azərbaycan Turizm Şurasının ilk iclası keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, iclasda çıxış edən şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin 2016-cı il 27 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Turizm Şurası haqqında Əsasnamə"də qarşıya qoyulmuş məqsədlər və onların həlli yolları barədə məlumat verib. Bildirib ki, dövlət başçısının 1 sentyabr 2016-cı il tarixli "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamına əsasən, ölkəmizin turizm sektorunun inkişafını təmin etmək məqsədilə bir sıra mühüm işlər görülür: "Yeni yaradılmış Turizm Şurası ölkəmizin turizm sənayesinin inkişafına müsbət təsir göstərəcək. Turizm Şurasının yaradılmasında əsas məqsəd Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir. Şurasının yaradılması və fəaliyyəti Azərbaycan turizminin inkişafına böyük töhfə verəcək".
Azərbaycandan Ermənistana sərt xəbərdarlıq
Ermənistan yenidən cəbhə xəttində təxribat xarakterli hərkətlərə başlayıb. Son günlər atəşkəs rejimini intensiv şəkildə pozan işğalçı ölkə ötən gün (dekabrın 29-da) Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini yarmağa çalışıb. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.
Əgər müharibə davam etsəydi...
Azərbaycan gənclərinin vətənpərvər ruhda tərbiyyə olunması dövlətin, eləcə də ictimaiyyətin diqqət mərkəzindədir.
Nazirlik: Orta məktəblərdə tətbiq olunan təmayülləşmə ənənəvi formadan fərqlənir
"Bu gün Azərbaycanın orta məktəblərində tətbiq olunan təmayülləşmə ənənəvi formadan fərqlənir". Bunu Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov bildirib: "Sovet dövründə dərindən öyrənilən ayrı-ayrı fənlər və proqramlar olub. O zaman fərq yalnız həmin fənlərə ayrılan tədris saatlarının artırılması ilə bağlı olub, digər fənlər isə olduğu kimi qalıb. Ancaq indiki təmayülləşmə əvvəlkindən əsaslı şəkildə fərqlənir. Bir neçə il öncə bu prosesə başladıq. Əvvəl 5, sonra 8 məktəbdə bu prosesə başlanıb".
340 nəfərin edam edilməsinə dair göstəriş verdi
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
Dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının 19-cu iclası keçirilib.
Azərbaycan XİN Nikolay Bordyujaya cavab verib
“Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının Ermənistan Azərbaycan sərhədindəki məsələ ilə əlaqədar şərhini birtərəfli hesab edirik”.
Azərbaycan XİN cəbhədəki vəziyyətlə əlaqədar sərt bəyanat verdi
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun 29 dekabr 2016-cı il tarixində səhər saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədində törətdiyi növbəti təxribatını və qəsdən vəziyyəti gərginləşdirməyə yönəlmiş əməllərini kəskin şəkildə pisləyir.
Bir qələbə və bir məğlubiyyət: Hələbdən Palmiraya və Mosula qədər
Suriyada savaş getdikcə fərqli məzmun kəsb etməyə başlayır, çünki burada ərazilər əldən-ələ keçməkdə davam edir. Hökumət qüvvələri hansısa bir yeri azad edirsə, başqa istiqamətdən ağır zərbələr alır. Sanki ssenarisi əvvəlcədən yazılmış bir geosiyasi-hərbi oyun gedir. Hələlik tərəflərdən heç biri tam üstünlük əldə edə bilmir.
"Dövlət yardımının internet mediasının durumunu yaxşılaşdıracağı qənaətindəyəm"
Azərbaycanlı general: "Bugünkü provokasiya Yerevanın əvvəlcədən hazırladığı plandır"
Rusiya səfirinin qatilinin Moskvada rus rəfiqəsi varmış
Moskvada müstəntiqlər Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirmiş Mevlüt Altıntaşın rəfiqəsindən ifadə alıblar. Hüquq-mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, istintaq Altıntaşın hazırda Moskvada yaşayan rus qadınla əlaqələrinin olduğunu üzə çıxarıb. Bir müddət öncə qadın Ankarada olub və cinayətkarla sevgi münasibətlərində olub. Sonradan o, Türkiyədən gedib. Bu, qətlin törədilməsindən əvvəl baş verib.
“Naxçıvanın tarixi abidələri” mövzusunda açıq dərs keçirilib
AMEA Naxçıvan Bölməsinin Dəyirmi zalında muxtar respublikanın orta məktəbləri üçün videobağlantı vastə ilə açıq dərs keçirildi.
Devid Kemeron NATO-nun baş katibi ola bilər
Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron NATO baş katibi vəzifəsinə mümkün namizədlərdən hesab olunur. Bu barədə "Daily Mail" qəzeti yazır. Qəzetin əldə etdiyi məlumata görə, keçmiş baş nazirin hökumətdəki müttəfiqləri bu təyinatın Böyük Britaniya üçün xeyirli olacağını hesab edir. Bundan başqa D.Kemeronun da bu məsələni nəzərdən keçirməyə hazır olduğu bildirilib. Mütəxəssislərin fikrincə, D.Kemeronun namizədliyi baş nazir Tereza Mey tərəfindən irəli sürülərsə, uğur əldə edə bilər. Keçmiş baş nazirin nümayəndəsi məsələni şərh etməyib.
"Ölkə hər an internetin söndürülməsinə hazır olmalıdır"
Ölkə hər an ümumdünya internet şəbəkəsindən təcrid oluna bilməsinə hazır olmalıdır. Bu barədə Rusiya prezidenti Vladimir Putinin müşaviriGerman Klimenko bildirib. Siyasətçi hesab edir ki, belə vəziyyət olduqca realdır. Bunun üçün də yerli internet seqmentinin tərtib edilməsi üzərində iş aparılması olduqca vacibdir. Buna uyğun qanun layihəsi artıq Rabitə Nazirliyinin nümayəndələri tərəfindən hazırlanıb və əhali üçün vacid infrastrukturun müdafiəsinə istiqamətlənib.













