Energetika

Bərpa olunan enerji sahəsində dövlət-özəl sektor münasibətləri müzakirə edilib

14 Dekabr 2018 17:26

Energetika Nazirliyinin təşkilatçılığı, müvafiq dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektorun nümayəndələrinin iştirakı ilə “Bərpa olunan enerji qanunvericiliyinin hazırlanmasında dövlət və özəl sektorun əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilib. “OLAYLAR”-a nazirliyin mətbuat xidmətindən bildirilib ki, energetika nazirinin müavini Samir Vəliyev Strateji Yol Xəritəsinin bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı portfelinin şaxələndirilməsi prioritetinə uyğun son vaxtlar görülən işlərdən danışıb: “Bərpa olunan enerji mənbələri potensialından daha səmərəli istifadə və bu sahənin inkişafı özəl sektorun iştirakı ilə təmin edilə bilər. Bərpa olunan enerji sahəsinə özəl investisiyanın cəlbi məqsədilə hazırda müvafiq sahəni tənzimləyən normativ hüquqi bazanın formalaşdırılmasına, güzəştli tariflərin və digər təşviqedici tədbirlərin tətbiqini əhatə edən sənədlərin hazırlanmasına başlanıb”- deyə nazir müavini sözlərinə əlavə edib.

Noyabr ayında Texniki Şuralar vasitəsilə 137 müraciətə baxılıb

10 Dekabr 2018 17:28

2018-ci ilin noyabr ayında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN Xidmət” və “ASAN Kommunal” Mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 137 müraciət daxil olub. “OLAYLAR”-a Energetika Nazirliyindən daxil olan məlumata görə, bunlardan 130 müraciətin icrası təmin edilib,7 müraciət isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən icra olunmayıb.

Energetika naziri səudiyyəli həmkarı ilə görüşüb

6 Dekabr 2018 14:14

Vyanada səfərdə olan energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə görüşüb.

BP ilə Azərbaycanda alternativ enerji imkanları müzakirə edilib

29 Noyabr 2018 15:05

Energetika naziri Pərviz Şahbazov BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüşdə Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində BP ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Dünyanın 15 ölkəsinin 35 mütəxəssisi Bakıda bir araya gələcək

29 Noyabr 2018 14:47

Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda Beynəlxalq Forum keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyindən “Olaylar”a bildirilib ki, dünyanın 15-ə yaxın ölkəsindən 35 xarici mütəxəssisi bir araya toplayacaq forum Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) ilə birgə elektrik enerjisi təchizatınınkeyfiyyəti müzakirə edilib

20 Noyabr 2018 16:52

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinin gücləndirilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə ˝Elektrik enerjisi təchizatının keyfiyyəti˝ adlı seminar keçirilib. “OLAYLAR” Energetika Nazirliyinə istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında “Azərbaycan Respublikasının Kommunal Xidmətlər sektorunda Strateji Yol Xəritəsi üzrə Əməkdaşlıq” barədə 8 sentyabr 2017-ci il tarixində imzalanmış Niyyət Protokolu çərçivəsində baş tutub.

Energetika naziri Pərviz Şahbazov “Türk axını”ilə bağlı mərasimdə iştirak edir

19 Noyabr 2018 16:29

Energetika naziri Pərviz Şahbazov “Türk axını” təbii qaz boru xətti layihəsinin dənizdən keçən hissəsinin tamamlanması münasibətilə keçirilən mərasimdə iştirak üçün Türkiyəyə səfər edib. “OLAYLAR”-a nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu gün İstanbulda keçirilən mərasiməTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə yanaşı bır sıra ölkələrin yüksək səviyyəli hökumət nümayəndələridə qatılıb.