Energetika nazirinə yeni müavin təyin olunub
28 Dekabr 2018 16:38 İqtisadiyyatAzərbaycan energetika nazirinə yeni müavin təyin olunub.
Bu vəzifə ADA Universitetində Xəzər enerji və ətraf mühit mərkəzinin direktoru, İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Elnur Soltanova həvalə edilib.
Energetika nazirinin müşaviri Zəminə Əliyeva xəbəri təsdiq edib və bildirib ki, yeni nazir müavini bu gün kollektivə təqdim edilib.
Qeyd edək ki, yeni nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin 20 noyabr 2018-ci il tarixli 719 nömrəli sərəncamı ilə vəzifəsindən azad edilən Natiq Abbasovu əvəz edib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31