“Bərpa olunan enerji mənbələri üzrə qanunvericiliyin hazırlanmasında dövlət və özəl sektor arasında əməkdaşlıq mövzusunda tədbir keçiriləcək

Dekabrın 14-də Bakı Biznes Mərkəzində  "Bərpa olunan enerji mənbələri üzrə qanunvericiliyin hazırlanmasında dövlət və özəl sektor arasında əməkdaşlıq mövzusunda  tədbir keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Energetika Nazirliyindən daxil olub. Bildirilib ki, tədbirdə  energetika nazirinin müavini Samir Vəliyev, Aparat rəhbəri Zaur Məmmədov, ABOEMDA-nın sədr müavini Cəmil Məlikov və DNV GL şirkətinin ekspertlərinin çıxışları və müsahibələr nəzərdə tutulub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31