Dünya
Cem Yılmaz Ebrudan üzr istədi
Aktyor Cem Yılmaz yayda qısa müddətli sevgi münasibəti yaşadığı model Ebru Şallıdan üzr istəyib. Olaylar.az axşam.az-a istinadən bildirir ki, buna səbəb isə aktyorun Ebrudan ayrıldıqdan sonra onun haqqında "Atəş et və unut" deməsi olub.
Müğənni hamilə sevgilisini atdı, 27 yaşlı qızla görüşür
"Rolling Stones" qrupunun vokalisti Mik Caqqer 8-ci dəfə ata olmağa hazırlaşır. Olaylar.az axşam.az-a istinadən bildirir ki, onun uşağının anası 29 yaşlı balerina Melani Hamrikdir. 73 yaşlı aktyorun 30 yaşlı Melani ilə münasibəti isə uzun çəkməyib. Aktyor hamilə balerinadan ayrılıb. Hətta Melani nəvələri və nəticələri olan müğənninin onun övladına da yaxşı ata olacağını düşünürdü və karyerasını bitirərək Los-Ancelesə köçməyi də planlaşdırırdı.
Cennifer Lopes ailəvi bazarlığa çıxdı
Dünyaca məşhur aktrisa və müğənni Cennifer Lopes anası Qvadelupe və bacısı Linda ilə birlikdə Nyu-Yorkda alış-verişə yollanıb.
Yüksək səslə Putinə dedi: “Yox, sən atəş açmağı dayandır!”
“Normand dördlüyü” (Ukrayna, Rusiya, Almaniya, Fransa) ölkələrinin prezidentlərinin ötən həftə Berlində keçirilən danışıqlarının sensasion detalları yayılıb.
BİABIRÇILIQ: Qızların tualetinə kamera yerləşdirildi - ŞOK VİDEO
Mahaçqalada biabırçı olay yaşanıb.
Binada PARTLAYIŞ: 7 ölü, 100-ə yaxın yaralı var
Çinin Şensi vilayətindəki binalardan birində baş vermiş partlayış nəticəsində 7 nəfər ölüb, 94 nəfər xəstəxanaya çatdırılıb.
Erməni deputatın köməkçisi öldürüldü
Rusiyanın paytaxtı Moskvada Ermənistan vətəndaşının öldürülməsi ilə bağlı cinayət işinin təfərrüatları məlum olub.
Baş nazir 29 yaşlı müğənni ilə evlənir
Estoniyanın baş naziri Taavi Rıyvas müğənni Luiza Vryaka evlənmə təklif edib. Olaylar.az azvision.az-a istinadən bildirir ki, bu barədə Rıyvas öz "Twitter" səhifəsində yazıb.
Mosul əməliyyatı: geosiyasi və dini faktorların kəsişməsində
ABŞ-ın rəhbərlik etdiyi koalisiya gücləri İraqın Mosul şəhərini İŞİD-dən xilas etmək əməliyyatına başladıqlarını bəyan edərək şəhərə 3 istiqamətdən hücuma start veriblər. Ümumi olaraq burada 36 ölkənin iştirakçı olduğu haqqında danışılır.
"O səs Türkiyə"də heç kim dönmədi, amma elə təklif gəldi ki... - VİDEO
Dünən "O səs Türkiyə"də maraqlı anlar yaşanıb. Axşam.az bildirir ki, münsiflər heyətindən heç kimi döndərə bilməyən Deniz Savtekin adlı yarışmaçı artıq ikinci dəfə bu səhnədə məyus olduğunu deyərək ağlayıb.
İrəvanda durum: "Axşamlar pəncərədən baxırsan, evlərdə işıq da yanmır"
İrəvan bazarında alıcıların sayı gündən-günə azalır. Olaylar.az modern.az-a istinadən bildirir ki, bunu bazardakı satıcılar da təsdiqləyir və narazılıqlarını qeyd edirlər.
Türkiyə XİN başçısı: "Mosul əməliyyatında 4 "F-16" qırıcımız iştirak edir"
"Mosulun terrorçu İŞİD qruplaşmasından təmizlənməsi əməliyyatında 4 "F-16" qırıcımız koalisiya qüvvələrinə dəstək verir".
Ermənistanda dövlət qulluqçularına “Facebook” qadağan edildi
Ermənistanın yeni baş naziri Karen Karapetyan dövlət idarələrinin bütün əməkdaşlarına, tutduqları vəzifədən asılı olmayaraq, sosial şəbəkələrdən istifadəni qəti şəkildə qadağan edib.
İŞİD lideri Mosuldan qaçdı
İŞİD lideri Əbubəkir Bağdadi Mosuldan qaçıb. Lent.az xəbər verir ki, İraqdakı kürd muxtariyyətinin rəhbəri Məsud Bərzaniyə yaxın olan “Rudaw” agentliyi İŞİD rəhbərinin son olaraq bu ayın 19-da Mosulda göründüyünü yazıb. Kəşfiyyat məlumatlarına istinadən hazırlanan xəbərdə qeyd edilir ki, İraq ordusu və kürd qüvvələrin Mosulun terrorçulardan azad edilməsi ilə bağlı başlatdığı əməliyyatdan sonra şəhərdə hərəkətlilik artıb və İŞİD-ə rəhbərlik edən əsas komandirlər buranı tərk edib. Bağdadi də bəzi komandirlərlə birgə Suriyanın Rəqqa şəhərinə çəkilib.
Şarcadan Bakıya loukoster reysləri açılır
Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Bakıya birbaşa aviareys açılır. "Air Arabia" aşağı büdcəli aviaşirkəti gələn il martın 23-dən həftədə 4 dəfə Şarca beynəlxalq hava limanından Bakıya və əks istiqamətə uçuşlar həyata keçirəcək.














