Dünya

Pakistanda güclü partayış: azı 6 ölü

1 Noyabr 2016 12:17

Təxminən yarım saat əvvəl Pakistanda güclü partayış baş verib. Milli.Az "The Express Tribune"a istinadla bildirir ki, limanda baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, 30-dan çox yaralı var. Olaylar.az

AKP binasına hücum: 9 nəfər saxlanılıb

1 Noyabr 2016 12:13

Türkiyənin Mardin vilayətinin Qızıltəpə rayonunda hakim Ədalət və İnkişaf Partiyasının binasına edilən hücumla əlaqədar 9 nəfər saxlanılıb. Olaylar.az APA-ya istinadən xəbər verir ki, şübhəlilərin ev və iş yerlərində aparılan axtarışlar zamanı çox sayda sənəd ələ keçirilib.

Rusiya ilə Azərbaycanı dostluq və mehriban qonşuluq münasibətləri bağlayır

1 Noyabr 2016 12:03

"Əsrlərdir Rusiya ilə Azərbaycanı dostluq və mehriban qonşuluq  münasibətləri bağlayır". Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin 7-ci Azərbaycan-Rusiya regionlararası forumun iştirakçılarına göndərdiyi təbrik məktubunda deyilir.

Biznesmendən 30 yaş kiçik sevgilisinə 2 milyon dollarlıq hədiyyə

1 Noyabr 2016 12:01

72 yaşlı iş adamı Mehmet Dalmaz ötən gün özündən 30 yaş kiçik xanımı ilə evliliyinin 5-ci ildönümünü qeyd edib.

"Rusiyanın Suriyada terrorla tək mübarizə aparması kifayət etmir"

1 Noyabr 2016 11:58

"Suriyada terrorçuların məhv edilməsində Rusiyanın cəhdləri kifayət deyil, burada beynəlxalq ictimaiyyətin birgə səyləri tələb olunur". SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

Pentaqon: “Rakka əməliyyatı yaxın həftələrdə başlayacaq"

1 Noyabr 2016 11:17

"Rakka şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi üzrə əməliyyat yaxın həftələrdə başlayacaq." TASS agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ müdafiə nazirliyinin sözçüsü Piter Kuk dünən bəyan edib. “Rakka əməliyyatı yaxın həftələrdə başlayacaq. Düşünürük ki, artıq bunun vaxtı gəlib çatıb. Bu elədə asan bir məsələ olmayacaq. İlk əvvəl şəhər blokadaya alınmalı, sonra isə növbəti mərhələyə, şəhərin terrorçulardan təmizlənməsi mərhələsinə keçiləcək”, deyə P.Kuk.  O, əməliyyatın başlanmasının dəqiq tarixini açıqlamayıb.

Erməni xalqının ölüm kabusu, yoxsa enerji qalxanı?- Metsamor AES

1 Noyabr 2016 11:13

Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyası (AES) artıq bir neçə ildir ki, ciddi təhlükə mənbəyinə çevrilsə də, onun fəaliyyətinin dayandırılması istiqamətində Beynəlxalq təşkilatlar tərəfindən heç bir ciddi addım atılmır. Beynəlxalq təşkilatlar "dünyanın ən riskli, ən təhlükəli atom-elektrik stansiya"ları siyahısına 5 stansiya daxil ediblər ki, bu siyahıya Ermənistandakı Metsamor Atom Elektirik Stansiyası başçılıq edir. Dünyanın təhlükəli atom stansiyaları bunlardır:

16 yaşlı müğənniyə daha bir zərbə

1 Noyabr 2016 11:07

"Cevapsız çınlama" adlı mahnısı ilə qısa zamanda məşhurlaşan 16 yaşlı Aleyna Tilki daha bir zərbə alıb.

Hellouin faciəsi: 3 ölü

1 Noyabr 2016 11:06

ABŞ-ın Missisipi ştatında yük avtomobili Hellouin bayramını qeyd edən uşaqların olduğu açıq qoşqu ilə toqquşub.

Abort etdirən qadınlarla bağlı  YENİ ARAŞDIRMA

31 Oktyabr 2016 19:50

Amerika, İngiltərə və Hollandiyada aparılan elmi araşdırmalarda hamiləliyi abortla sonlandıran qadınlarda intihar meylinin artdığı ortaya çıxıb. Hamiləliyin davam etməsi isə analıq instinkti ilə intihar ehtimalını azaldır.

Facebook”un yenilənmiş tətbiqi “iPhone”nun işini dondurur

31 Oktyabr 2016 19:40

20 oktyabr 2016-cı il tarixindən etibarən əlçatan olan “Facebook”un yenilənmiş tətbiqini yüklədikdə “iPhone” öz işini dayandırır. Smartfon yenidən yüklənir və “Apple” loqotipinin göstərilməsi zamanı donur. Bu problem “iPhone SE” və “iPhone 6S” qurğularında müşahidə olunub. Sözügedən problem haqda “Business Insider” resursu məlumat yayıb.

Alimlər infarktdan xilas edən mobil proqram yaradıblar

31 Oktyabr 2016 19:35

Finlandiyalı alimlər tərəfindən hazırlanmış mobil proqramın köməyi ilə infarktın ilk  əlamətlərini anında müəyyənləşdirmək mümkündür.

Hazal Kayanın həyatı təhlükədədir - "Ya mənim olacaqsan, ya da..."

31 Oktyabr 2016 19:30

“Ya mənim olacaqsan, ya da öləcəksən...” ATV.az xəbər verir ki, sosial şəbəkə vasitəsilə iranlı fanatından türkiyəli aktrisa Hazal Kayaya ünvanlanan bu sözlər müzakirələrə səbəb olub. Aktrisa həmin şəxsi məhkəməyə verib.

Antarktikada minlərlə mavi rəngli qəribə göl yaranır

31 Oktyabr 2016 19:24

Elm adamları Şərq Antarktida bölgəsindəki buz təbəqələrində qəribə mavi göllərin əmələ gəldiyini və bu vəziyyətdən narahat olduqlarını açıqlayırlar.