Dünya

Tehranda çirkli hava 412 nəfərin ölümünə səbəb olub

17 Noyabr 2016 16:16

Artıq 10 gündən çoxdur ki, Tehranda çirkli hava şəraiti davam edir.  Olaylar.az APA-ya istinadən bildirir ki, hava kirliliyini azaltmaq üçün şəhər rəhbərliyi böhran komitəsi yaradıb. Yollarda avtomobillərin hərəkətinə məhdudiyyətlər tətbiq olunub, bəzi sənaye müəssisələrində iş dayandırılıb, məktəblərdə tətil elan olunub.

Səlahəddin Dəmirtaşa 5 il həbs istənildi

17 Noyabr 2016 16:15

PKK terror təşkilatını təbliğ etdiyinə görə həbs edilən Xalqların Demokratiyası Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaşın ilk məhkəmə iclası keçirilib. Olaylar.az virtualaz-a istinadən xəbər verir ki, Adana 2-ci Ağır Cəza Məhkəməsindəki iclasda Dəmirtaşı müdafiə etmək üçün bir neçə vəkil iştirak edib.

Real olduğuna inanmayacağınız FOTOLAR

17 Noyabr 2016 16:03

Publika.az heç bir qrafikadan istifadə edilmədən, tamamilə fotoqrafın yaradıcılığı nəticəsində çəkilən şəkilləri toplayıb.

Qanun layihəsi hazırlandı - ABŞ-da İNQİLABİ DƏYİŞİKLİK

17 Noyabr 2016 15:59

ABŞ-ın Kaliforniya ştatından olan senator Barbara Bokser ölkə prezidentinin birbaşa seçilməsi və Seçicilər Kollegiyasının ləğvini nəzərdə tutan qanun layihəsini Senata təqdim edib.

Çevriliş, yoxsa Maydan III? - Putinin “dostları və qardaşları” qisas ala biləcəkmi?

17 Noyabr 2016 15:57

Noyabrın 15-də Kiyevin mərkəzində hakimiyyət əleyhinə şüarlar yenidən səsləndi. Aksiyaları “Maydan 3” adlandırırlar. Nümayişçilər aksiyaların müddətsiz keçirəcəyini bildirirlər. Hakimiyyətin tərəfdarları isə küçələrə çıxan insanları “Putinin dostları” adlandırır və vəziyyətin kəskinləşəcəyi halda onları güllələməyə söz verirlər.

Sevgilisinə xəyanət etdiyi göndərdiyi FOTO ilə üzə çıxdı

17 Noyabr 2016 15:50

Amerikada sevgilisinə işlə bağlı getdiyi şəhərdə qalacağı yer haqda məlumat vermək istəyən qız özünü "işə salıb".

Sorğu: ABŞ mediası prezident seçkilərini qərəzli işıqlandırır

17 Noyabr 2016 15:42

Sputnik.Rəy sorğusunun nəticələrinə görə, amerikalıların əksəriyyətinin (80%) fikrincə, ölkədə keçirilən son prezident seçkilərinin işıqlandırılması zamanı KİV namizədlərdən hansısa birinə qarşı qərəzli münasibət sərgiləyir. Bununla yanaşı, ABŞ sakinlərinin yarıdan çoxu (59%) həm ümumölkə, həm yerli KİV-in qeyri-obyektivliyini qeyd edir.

Dünyanın ən xoşbəxt adamı - 7 dəfə ölümdən qurtuldu, milyonçu oldu - VİDEO

17 Noyabr 2016 15:16

Frane Selaki 7 dəfə təhlükəli qəzadan sağ-salamat çıxmağı bacarıb. Hətta bir dəfə lotoreyada yüksək məbləğdə pul da udub. Məhşur xorvat drijor dünyanın ən xoşbəxt adamı sayıla bilər. Beləki, 83 yaşlı Frane 50 il bundan öncə onun da getdiyi qatar relsdən çıxaraq buzlu suya düşüb və o, sağ qalıb.

Yadplanetlilərin Yerə enəcəyi gün...

17 Noyabr 2016 15:10

Dünya öz mövcudluğunun çoxunu yaşayıb və artıq hər şey sona doğru gedir. Publika.az xəbər verir ki, bu barədə Barselona Universitetinin tədqiqatçısı Ferqus Simpson deyib.

İki il Tramp üçün çox çətin keçəcək – Moskvadan PROQNOZ

17 Noyabr 2016 15:09

“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Konqres arasında qarşıdurma ən yaxın iki il ərzində baş verəcək”. Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitənin başçısı Konstantin Kosaçev deyib.

“Feysbuk”da qadına əxlaqsız təklif edən saxlanıldı

17 Noyabr 2016 14:12

Noyabrın 16-da Gəncə şəhərinin Yeni Gəncə qəsəbə sakini Rəfiqə (ad şərtidir) Kəpəz rayon Polis İdarəsinə müraciət edərək sosial şəbəkədə tanış olduğu "Maqa Qurbanlı" ləqəbli şəxsin 055-634-34-14 nömrəsindən ona zəng edib şəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yayacağı ilə hədələdiyini, əxlaqsız təkliflər etdiyini və ya 200 manat pul verməyi tələb etdiyini bildirib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gülüstan qəsəbəsinin sakini Məhərrəm Qurbanov saxlanılıb. Araşdırma aparılır.

Məşhur müğənninin ölümü 3 gün gizlədilibmiş

17 Noyabr 2016 13:57

Məşhur müğənni, şair və bəstəkar Leonard Kohenin ölüm səbəbi açıqlanıb. Olaylar.az axşam.az-a istinadən bildirir ki, keçən həftə 82 yaşında vəfat edən sənətçinin meneceri Robert Kori bu haqda danışıb. O: "Leonard Kohen noyabrın 7-də yuxuda olduğu zaman yatdığı yerdən yıxılaraq dünyasını dəyişib", - deyib.

Rusiyanın İstanbuldakı konsulluğunda qorxulu anlar yaşandı

17 Noyabr 2016 13:41

Rusiyanın İstanbuldakı konsulluğunun binasının qarşısında atışma olub. Milli.Az bildirir ki, bu barədə azvision.az "Gazeta.ru"-ya istinadən xəbər verir.

Rus gəlin namizədi qısqandı, qucağına alıb qaçdı - VİDEO

17 Noyabr 2016 13:08

Zuhal Topalın aparıcılıq etdiyi izdivac verilişində maraqlı anlar yaşanıb. Milli.Az "Haberler"ə istinadla bildirir ki, verilişdə rus gəlin namizəd Luvrita ilə bəy namizəd Birkanarasında romantik anlar yaşanıb. Bəy namizəd onu qısqandığına görə qucağına alıb studiyadan çıxıb.

Prezidentə qarşı iddia

17 Noyabr 2016 13:00

Yaxın günlərdə Fransada keçiriləcək prezident seçkiləri üçün kampaniya başlayacaq. Prezidentliyə namizədliyini irəli sürən Nikolya Sarkozinin tərəfdarları prosses başlamadan məyus olublar. Belə ki, ötən axşam France 24 kanalında Livan əsilli işadamı Ziyad Təkiəddin şok ifadələrlə çıxış edib.