Dünya
"Gülben Ergen ərə gedəcəyim kişini əlimdən aldı" - açıqlama
Bir neçə gün əvvəl sosial mediada bir-birini sərt ittiham edən müğənnilər Seren Serengil və Gülben Ergen arasındakı gərginlik davam edir.
"Ağıllı" zibil çənləri internetdən məhsul sifariş edəcək
“Amazon” şirkəti tərəfindən "ağıllı" ev üçün təqdim edilmiş yeni qurğular gündəlik tələbat məhsullarının vaxtında təmin edilməsinə nəzarət edəcək.
Təkbaşına İtaliyaya getdi - 4 yaşlı qız bunu n ecə bacardı?
Bir neçə həftə əvvəl təkbaşına Afrikadan İtaliyaya getdiyi güman edilən 4 yaşlı qızın ailəsi tapılıb.
Türkiyə daha bir şəhid xəbəri aldı
Türkiyənin Diyarbəkir vilayətində PKK terror təşkilatına qarşı əməliyyat keçirilib. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, əməliyyat zamanı terrorçularla atışma nəticəsində bir hərbçi yaralanıb.
Məşhur idmançı qəfil vəfat etdi
Polşalı boksçu Kuba Moczik ilk professional qarşılaşması zamanı aldığı zərbə üzündən həyatını itirib.
Mühacirlər üsyan etdilər
Bolqarıstanın cənubundakı Xarmanlı düşərgəsində yaşayan Yaxın Şərq və Şimali Amerika ölkələrindən olan qaqınlar üsyan ediblər. Olaylar.az modern.az-a istinadən bildirir ki, buna səbəb hakimiyyətin düşərgədə karantin elan edib və sakinlərə ərazidən çıxmaları qadağan olunub. Bu zaman qaçqın düşərgəsində yerləşən iki minə yaxın tikili dağıdılıb.
Fransada terakt törətmək istəyənlər İŞİD-dən tapşırıq alıblar
Fransada terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılan 5 nəfər İŞİD terror qruplaşmasından tapşırıq alıblar. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Paris prokuroru Fransua Molens bəyan edib.
Əsədə gözlənilməz dəstək: Misir Suriyaya girdi
Misir Bəşər Əsəd qüvvələrinə yardım göstərmək üçün Suriyaya öz hərbi təyyarələrini göndərib. Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Livanın "Əl Məsdər" portalı yayıb.
Başkəsən qadından ŞOK AÇIQLAMA: "Allah mənə dedi: qalx, onları öldür" - VİDEO
Moskva şəhər, Xoroşevski rayon məhkəməsi 4 yaşı qızı öldürməkdə ittiham olunan Özbəkistan vətəndaşı 39 yaşlı Gülçöhrə Bobokulovanın cinayət məsuliyyətindən azad edilərək məcburi psixiatrik müalicəyə cəlb olunmasına dair qərar qəbul edib.
Saakaşvili xalqı meydana səslədi - Poroşenkoya “qırmızı vərəqə”
Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna xalqını hakimiyyətə etiraz etməyə səsləyib.
HDQ-nin sabiq komandanı: “Bu cür gəmilərlə Putini qorxurmaq olmaz” HİDDƏT
Qiymətinə görə kifayət qədər bahalı hesab edilən və Böyük Brtitaniyanın hərbi dəniz qüvvələrinə məxsus “Duncan” gəmisi xarab olub və hərbi bazasına geri dönüb. Artıq bu, Şimal Alyansına (NATO-ya) daxil olan növbəti xarab olan hərbi gəmidir. SİA xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazır. Nəşr onu da qeyd edir ki, bu cür sınıq texnikalarla Vladimir Putini qorxutmaq olmayacaq.
Rusiyalı idmançılar dopinq testin nəticəsini gizlətmək üçün rüşvət veriblər
Rusiyanın 6 idmançısı dopinq analizlərinin müsbət nəticələrinin gizlədilməsi üçün Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (İAAF) külli miqdarda pul verib. "Report"un RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, idmançılar 2011-ci ildə 300-700 min avro ödəyiblər.
Evlilik verilişinə çıxan azərbaycanlı qız ağladı
Türkiyədə "Star TV"də Zuhal Topalın evlilik proqramına qatılan azərbaycanlı iştirakçı Esmiraverilişdə hönkür-hönkür ağlayıb.
Qatarların toqquşması nəticəsində ölənlərin sayı 30-u keçib - YENİLƏNİB
İranda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb. Olaylar.az-ın APA-ya istinadən məlumatına görə , bu barədə İranın Semnan əyalətinin rəhbəri bildirib.
Nazarbayev etiraz etdi: "Astananın adı dəyişdirilə bilməz"
Qazaxıstan prezidenti Nursultan Nazarbayev paytaxt Astananın onun şərəfinə adlandırılması fikrinə qarşı çıxıb. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, "Rossiya-24" telekanlına müsahibəsində N.Nazarbayev paytaxtın adının dəyişdirilməsində ehtiyac olmadığını deyib.














