Dünya
Əsgərin sevgilisi ilə görüşü hər kəsi ağlatdı - VİDEO
Sosial şəbəkələrdə yayılan video böyük marağa səbəb olub. Türkiyədə əsgərin sevgilisi ilə görüşmə anlarını əks etdirən görüntülər izlənmə rekordu qırıb. Həmin videonu təqdim edirik.
Jirinovskinin Qafqazda doğma oğlu yaşayırmış
Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovski ilk dəfə olaraq 31 yaşlı Oleq Eydelşteynin doğma atası olduğunu etiraf edib.
Rusiya əhalisi azalır
Rusiya əhalisinin sayı bu ilin ilk yarısında 17 min nəfər azalıb və iyul ayının 1-nə 146,8 mln. nəfər təşkil edib. "Vesti" yazır ki, bu barədə Rusiya Statistika Komitəsi məlumat yayıb.
Suriya Demokratik Qüvvələri: ABŞ uzun müddət Suriyanı tərk etməyəcək
Suriya Demokratik Qüvvələri"nin mətbuat katibi yeni açıqlama verib. ABŞ İŞİD terror qruplaşmasının yenilənməsindən sonra uzun müddət Suriyanın şimalını tərk etməyəcək. YPG qruplaşmasının nəzarəti altında olan bölgələrdə İncirlik hərbi bazasına alternativ olan hərbi bazalar inşa ediləcək.
Türkiyəli nazir Almaniyaya susmağı tövsiyə etdi
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci Almaniya kansleri Angela Merkelin Gömrük İttifaqı anlaşması ilə bağlı verdiyi açıqlamasına münasibət bildirib. Nazirin sözlərinə görə, bu cür mənfi fikirlərlə itirən həm Türkiyə, həm də Almaniya olar: “Vəziyyət belə olduqda itirən hər iki tərəf olacaq. Ancaq, kimlərin sevinəcəyini yaxşı düşünmək lazımdır. Həm FETÖ-nin, həm bölücü terror təşkilatı mənsublarının, həm də iki ölkənin inkişafını istəməyən güclərin sevinəcəyi bir dövrdə bu haqda yaxşı düşünmək lazımdır”.
Avropa terror meydanına çevriləcək: Üç min döyüşçü QAYIDIR
İŞİD və “Ən-Nüsra” Cəbhəsi terror təşkilatlarının üç minə qədər döyüşçüsü tezliklə Avropaya qayıda bilər. Bu haqda İsveçrənin ATS agentliyi Avropa Komissiyası tərəfindən yaradılan RAN (Radicalization Awareness Network) təşkilatının məruzəsində istinadən yazıb. “Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti döyüşçülərin getdikcə sürətlənən qayıdışını gözləyirlər”, - agentlik məruzədən sitat gətirib.
Türkiyə Avrasiya İttifaqı ilə müqavilə imzalaycaq
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ölkəsinin Avrasiya İttifaqı ilə gömrük müqaviləsi imzlayacağını deyib. Ankara və Moskva ticarət dövriyyəsini 100 milyard dollara çatdırmağı da planlaşdırır.
Paltar üstündə həyat yoldaşının cinsi orqanını kəsdi
Türkiyənin Batman rayonunda qadın paltar üstündə həyat yoldaşının cinsi orqanını kəsib. Hadisə bu gün səhər saatlarında Bahçelievler Məhəlləsində baş verib. İddiaya görə A.S. (51) 3 il əvvəl İzmirdə ailə həyatı qurduğu N.D. (39) ilə paltarı üstündə mübahisə edib.
Tələbə qız azdı, meşədə 25 gün çılpaq qaldı - VİDEO
Sadəcə, sağ qalmağa, ölməməyə çalışırdım. Şər qarışandan sonra yırtıcıların səsini eşitmək, zülmət meşədə qorxaraq səhəri dirigözlü açmaq çətindi. Lakin sağ qalmağı bacardım.
Saakaşvili Gürcüstana dönməməsinin səbəbini açıqladı
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Gürcüstana dönərək məhkəmə qarşısına çıxmayacağını deyib. O bu addımı Ukrayna xalqına islahatlarla bağlı verdiyi sözlə əlaqələndirib.
Bacısının toyuna gedən müğənni yoxa çıxdı
Çeçen müğənnisi Zəlimxan Bakayev avqustun 8-də yoxa çıxıb. Moskvada yaşayan müğənni bacısının toyunda iştirak etmək üçün Qroznı şəhərinə gəlmişdi. Faktla bağlı müğənninin anası polisə müraciət etsə də, onun yerini müəyyən etmək mümkün olmayıb.
Hindistanda 119 nəfəri sel aparıb
Hindistanın Bihar ştatında daşqınlar nəticəsində 119 nəfər həlak olub.Məlumata görə, 400 mindən çox adam təxliyə edilib. Minlərlə yaşayış evi və digər tikili dağılıb. Hadisə yerində axtarış-xilasetmə işlər davam etdirilir.
Səfirlikdə YANĞIN
Yunanıstanın İstanbulda yerləşən səfirliyində yanğın hadisəsi baş verib. “Olaylar” bildirir ki, Beyoğlunda yerləşən səfirliyin binasının mətbəx bölməsində baş verən yanğın konsulluğda gərginliyə səbəb olub. Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub.
İşə gec gələn xanım əməkdaşı müdir cəzalandırdı - Qız bir neçə gündən sonra öldü
Çində müdir işçisinin ölümünə səbəb olub. 15 yaşlı Xiao Fei adlı qız işə gecikdiyinə görə müdiri tərəfindən sərt cəzalandırılıb. Belə ki, müdir qızdan 100 dəfə oturub qalxmağı tələb edib. Qız isə onun əmrini yerinə yetirmək məcburiyyətində qalıb.
"Medcezir"in rejissoru tələbə qıza təcavüzdən həbs edildi
"Leyla ilə Məcnun", "Medcezir", "Adını Feriha Koydum" seriallarının sənət rejissoru olan H.S. tələbə qıza təcavüz cinayətindən həbs edilib. Hadisə serial sektorunda böyük səs-küyə səbəb olub. 26 yaşlı tələbə qız H.B.G. məkanların birində H.S. ilə qarşılaşıb. Bir müddət söhbət etdikdən sonra rejissor ona "Telefonumun batareyası tükənib. Evim yaxındır, bizə gedək, sonra qayıdarıq" deyərək qızı mənzilinə aparıb. H.S. evdə H.B.G. ilə zorla cinsi əlaqədə olub.














