Dünya
Zəlzələ - İtaliyada
İtaliyanın mərkəzi bölgəsində 4,3 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.
Yanacaq ucuzlaşdı
Bu brauzer həm də antivirus funksiyasını yerinə yetirir
Kibertəhlükəsizlik sahəsi üzrə bir sıra ekspertlər “Chrome” brauzerinin “Windows” əməliyyat sisteminin idarəetməsi altında işləyən kompüterlərdə bütün faylları skan edən aləti ilə bağlı öz narahatçılıqlarını ifadə ediblər. “Chrome Cleanup Tool” aləti 2017-ci ildə sözügedən brauzerə inteqrasiya edilib.
Messencer yazışmalarını oğurlayan virus aşkarlanıb
"Trustlook Labs" şirkətinin tədqiqatçıları "Android" əməliyyat sistemi üçün bütün məşhur məlumat mübadilə servislərindən yazışmaları oğurlayan virus aşkarlayıblar. Bu barədə şirkətin bloqunda deyilir.
“Samsung Galaxy S6” və “S6 edge” smartfonları üçün proqram təminatının yenilənməsi dayandırılıb
“Samsung” şirkəti qabaqcıl “Galaxy S6” və “S6 edge” smartfon modelləri üçün proqram təminatı və təhlükəsizlik sistemi yenilənmələri üçün dəstəyi dayandırıb. Bu barədə şirkətin rəsmi saytında deyilir.
“Intel” noutbuklar üçün “Core i9” adlı çox güclü 6 nüvəli prosessor təqdim edib
“Intel” şirkəti noutbuklar üçün nəzərdə tutulmuş “Core i9” prosessorunu anons edib. “Core i9-8950HK” qabaqcıl modeli "turbosürət" rejimində (standart takt tezliyi 2,9 QHs-dir) 4,8 QHs-dək sürətlənir, 6 hesablama nüvəsi və 12 axına malikdir. Sözügedən prosessorun hazırlanmasında 14 nanometrlik (14nm++) texnologiyadan istifadə ediləcək.
NATO mənim sayəmdə güclüdür - Tramp
Ərdoğan: "Ölkələr terror təşkilatları arasında fərq qoymamalıdır"
Ölkələr terror təşkilatları arasında heç bir fərq qoymamalıdır. Bunu Ankarada Rusiya və İran prezidentlərinin iştirakı ilə keçirilən Suriya sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. R.T.Ərdoğan qeyd edib ki, Türkiyə Suriyada terrorçulardan azad edilən ərazilərdə infrastrukturu bərpa etməyə hazırdır.
Putin ABŞ-ı Suriyanı parçalamağa çalışmaqda ittiham etdi
"Rusiya, Türkiyə və İran Suriyanın ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir. Bəziləri Suriyanı parçalamağa, Orta Şərqdə uzun müddət davam edən münaqişə yaratmağa çalışır".
Putin Ərdoğanın Suriya ilə bağlı yeni təklifini AÇIQLADI
Bu gün Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında Suriya böhranının tənzimlənməsinə həsr olunan görüş sona çatıb.
Türkiyə “Zeytun budağı”na görə təzminat ödəyəcək
Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı” əməliyyatında iştirak edən hərbçilərinə təzminat ödəniləcək. Bu barədə Müdafiə Nazirliyinin qərarı artıq ordu komandanlığına təqdim olunub.
Ər-arvadın bir-birinin telefonuna baxması qadağan olundu
Şahzadə Məhəmməd ibn Salmanın vəliəhd elan edilməsindən bu yana Səudiyyə Ərəbistanında cəmiyyət həyatı ilə bağlı aparılan islahatlar davam etdirilir. Bu dəfə məişət həyatı ilə bağlı qanunvericiliyə dəyişiklik edilib. Dəyişikliyə əsasən, ər və arvadın icazə almadan bir-birlərinin mobil telefonuna baxmaları qadağan edilib.
Boşanmaq istəyən xanımını zəhərlədi
Türkiyədə qeyri-adi cinayət baş verib. Məlumata görə, Türkiyənin İstanbul şəhərində 39 yaşlı kişi ondan boşanmaq istəyən 32 yaşlı xanımını zəhərləyib. Belə ki, səhər yatağından qalxan qadına əri içinə zəhər qatılan qəhvə verib. Qəhvəni içən qadının vəziyyəti ağırlaşıb və əri tərəfindən xəstəxanaya yerləşdirilib.
YouTube-un baş qərargahına hücum edən qadın azərbaycanlı imiş
Polkovnik Baranets: “Rusiya Baş qərargahı Xəzərdə Azərbaycanın da cəlb olunduğu toqquşmaya hazırlaşır”
“Xəzəryanı neft dövlətlərinə tərəf Rusiyaya dost olmayan dövlətlər tez-tez “sürüşür”. Həmin ölkələrdən olan Azərbaycana eyham vurmağa başlayıblar: bizimlə dost olun, əgər neft rayonlarının bölüşdürülməsi məsələsi qalxsa sizə kömək edəcəyik. Belə plan üzrə perspektiv toqquşma təhdidi bizim Baş qərargah tərəfindən də nəzərə alınır”.














