Dünya

NASA Günəşdə nəhəng dəlik aşkarladı – VİDEO

23 May 2018 11:43

NASA Günəşdəki nəhəng koronal dəliyin görüntüsünü yayıb.

Tramp dünyanı ABŞ-a qarşı qaldırdı – Böhran böyüyür

23 May 2018 11:37

ABŞ prezidenti Donald Trampın polad və alüminum idxalına tətbiq etdiyi 25 faizlik gömrük rusumuna etiraz olaraq, Türkiyə və bir sıra dövlətlər hərəkətə keçiblər.

Qızına "Mavi" adını qoyan ailə məhkəməyə verildi

23 May 2018 11:32

İtaliyada qızlarına "Mavi" adını qoyan ailə 1.5 il sonra məhkəməyə çağırılıb.

Fransa İranla ticarət edən Avropa şirkətlərinə qarşı ABŞ sanksiyalarını qanunsuz hesab edir

23 May 2018 11:19

Fransa İranla ticarət edən Avropa şirkətlərinə qarşı ABŞ sansiyalarının qeyri-qanuni hesab edir. Bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib.

Ermənistan hərbçisinin meyiti döyüş postunda aşkarlanıb

23 May 2018 11:13

Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, 1998-ci ildə doğulmuş Martlın Xaçatryanın meyiti döyüş postunda aşkarlanıb.

Təzə gəlinin toydan sonra ictimaiyyət qarşısına ilk rəsmi çıxışı – FOTO

23 May 2018 10:56

Dünən Meqan Markl toydan sonra Susseks hersoginyası kimi ilk dəfə ictimaiyyət qarşısına çıxıb. Mayın 22-də Bukinqem sarayının bağında şahzadə Çarlzın 70 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Şahzadə Çarlzın oğlu Harri və onun həyat yoldaşı Meqan Markl tədbirin qonağı olub.

İsrailin döyüş təyyarələri Qəzzanı bombaladı - FOTO

23 May 2018 10:51

İsrail döyüş təyyarələri Qəzzaya növbəti aviazərbələr endirib. Qəzzanın şərqindəki balıqçı limanındakı iki gəmi ilə “Həmas”ın silahlı qanadı sayılan “İzzəddin əl-Qəssam” qruplaşmasına aid hədəflər vurulub.

226 yaşlı qurumun ilk qadın prezidenti

23 May 2018 10:44

Nyu-York Fond Birjasına cümə günündən etibarən rəhbərlik edəcək Steysi Kaninqem bu qurumun 226 illik tarixi ərzində ilk qadın prezidenti olacaq. Steysi Kaninqem, 2014-cü ildən birjanın prezidenti olan Tomas Farlini əvəz edəcək. Birjada 1996-cı ildən işləyən Steysi Kaninqem qurumun tarixində 67-ci prezident olacaq.

İsrail Qüdsü bağladı - Fələstinlilər Əqsa məscidinə gedə bilməyəcək

23 May 2018 10:37

Ramazan ayı başa çatana qədər İsrail Qüdsü fələstinlilərin ziyarəti üçün bağlayıb. Buna səbəb HƏMAS tərəfindən mümkün ola biləcək hücumların qarşısını almaqdır.

Qızartma yemək, selfi çəkdirmək olmaz: Kraliyyət ailəsinin qatı qaydaları - FOTOLAR 

23 May 2018 10:29

Kraliyyət ailəsinin üzvü olmaq kənardan xoş görünsə də, bilmədiyimiz bəzi qatı qanunları da var. Qanunlar kraliça tərəfindən qoyulur və bütün ailə üzvləri buna riayət etmək məcburiyyətindədir.  İngiltərə kraliyyət ailəsinin qatı qanunlarını sizə  təqdim edirik:

OPEC iyunda neft hasilatını artıra bilər

23 May 2018 10:18

OPEK-in iyunda keçiriləcək iclasında neft hasilatı həcminin artırılmasına dair qərar qəbul edilə bilər. Bu barədə “Röyters” OPEK-dəki mənbələrinə istinadən məlumat yayıb. “Bütün variantlar nəzərdən keçirilir”, - deyə Fars körfəzi ölkələrindən birindəki mənbə agentliyə bildirərək, hasilatın artırılmasına dair qərarın OPEK-in iyun sammitində veriləcəyini bildirib. Mənbə hasilatın həcminin nə qədər artırılacağı ilə bağlı hələlik konkret məlumatın olmadığını bildirib.

Florida sakinlərə xəbərdarlıq:  Zombi hücumu gözlənilir

23 May 2018 10:14

ABŞ-ın Leyk Uort şəhərinin sakinləri (Florida ştatı) səhvən zombi hücumu barədə xəbərdarlıq alıb. Zombi hücumu barədə xəbərdarlıq məlumatı təxminən 7,8 min insana gecə saatların elektrik enerjisi kəsiləndən sonra göndərilib.