Dünya

Prezident kortecinin avtomobili yeniyetməni vurdu

1 İyun 2018 09:38

Ukrayna prezidenti Petr Poroşenkonun kortecinin avtomobili Kiyevdə nizamlanmayan piyada keçidində velosiped sürən yeniyetməni vurub. Zərərçəkən xəstəxanaya yerləşdirilib.

Ermənistanda Elton Cona yumurta atdılar

1 İyun 2018 09:34

Həyat yoldaşı Devid Fernişlə Ermənistana səfər edən britaniyalı müğənni Elton Con gözlənilməz hadisə ilə rastlaşıb. Sənətçiyə yumurta atılıb. Hadisə ifaçının qaldığı otelin qarşısında baş verib. Eltona atılan 3 yumurtadan ikisi dəyib. 

Aİ ABŞ mallarına rüsumlar tətbiq edəcək

1 İyun 2018 09:06

Avropa İttifaqı ABŞ-ın polad və alüminiumun idxal rüsumları ilə bağlı verdiyi qərara cavab tədbirləri görəcək. Bu barədə Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker deyib. “Aİ ABŞ-ın birtərəfli qaydada tətbiq etdiyi tarifləri əsassız və Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğunu hesab edir. Bu açıq-aydın proteksionizmdir”, - deyə Yunker qeyd edib.

Tbilisidə daha irimiqyaslı aksiyanın keçirilməsi planlaşdırılır

1 İyun 2018 08:52

Gürcüstanın paytaxtı Tbilisidə, parlament binasının qarşısında toplaşan etirazçılar bu gün daha böyük miqyaslı aksiyanın keçirilməsini planlaşdırır. Aksiyanın təşkilatçıları hələlik çadırlarda yerləşiblər.

Sevgilisindən mərhum aktyor haqda duyğusal paylaşım - Fotolar

1 İyun 2018 08:51

Bir neçə gün öncə motosiklet qəzasında həyatını itirən aktyor Arda Öziri haqda sevgilisi Vildan Örnek duyğusal paylaşım edib.  Vildan Arda ilə şəklini hesabında yerləşdirərək onu tanış olduğu gündən 6 il sonra itirdiyini qeyd edib:

Pentaqondan İran və Rusiyaya çağırış: "Vuracağıq"

1 İyun 2018 08:32

"Suriyadakı bütün tərəflər ABŞ ordusu və müttəfiqlərə hücumun pis siyasət olacağını anlamalıdır". Bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Dana Vayt bildirib.

Avropa Məhkəməsi Fransanı rekord məbləğdə cərimələdi

1 İyun 2018 08:13

Avropa İnsan Haqqları Məhkəməsi (AİHM) 2004-cü ildə polis tərəfindən zorakılığa məruz qalan Abdulqadir Qədirin işilə bağlı qərarını açıqlayıb.

İranlı qadınların hicablarını çıxartdıqdan sonra yaşadıqları

1 İyun 2018 07:58

İranlı Məsih Əlinecadın ölkəsində qadınlar üçün məcburi sayılan hicab və ya baş örtüsünə qarşı başlatdığı hərəkatdan artıq beş il ötür. Sürətlə sosial mediada yayılan və küçə nümayişlərinə qədər genişlənən hərəkata indiyədək minlərlə qadın qoşulub. Bəs hərəkat məqsədinə nail olmağa yaxındırmı?

Cüzeppe Konte İtaliya hökumətinə rəhbərlik etməyə razılıq verib

1 İyun 2018 07:47

Hüquqşünas Cüzeppe Konte İtaliya hökumətinə rəhbərlik etməyə rəsmi şəkildə razılıq verib.

Ukrayna prezidentinin kortecinin avtomobili yeniyetməni vurub

1 İyun 2018 07:46

Ukrayna prezidenti Petr Poroşenkonun kortecinin avtomobili Kiyevdə nizamlanmayan piyada keçidində velosiped sürən yeniyetməni vurub.

Sabiq erməni deputatı Aşot Eqiazaryan 7 il azadlıqdan məhrum edilib

1 İyun 2018 07:41

Rusiyada erməni əsilli sabiq deputat, ABŞ-da gizlənən Aşot Eqiazaryan cəzasını ümumi rejimli müəssisədə çəkməklə 7 il azadlıqdan məhrum edilib.