Pentaqondan İran və Rusiyaya çağırış: "Vuracağıq"

"Suriyadakı bütün tərəflər ABŞ ordusu və müttəfiqlərə hücumun pis siyasət olacağını anlamalıdır". Bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Dana Vayt bildirib.

"Suriyadakı bütün tərəflər ABŞ ordusu və müttəfiqlərə hücumun pis siyasət olacağını anlamalıdır".

Bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Dana Vayt bildirib.

Vayt qeyd edib ki, ABŞ-ın əsas məqsədi Suriyada İŞİDi məğlub etməkdir: "Daxili savaşa girmək məqsədimiz yoxur. Amma Suriyadakı duruma görə məsuliyyət daşıyan Rusiya və İrana çağırış edirik. Hər iki ölkə Suriya ilə bağlı məsuliyyətli olmalıdırlar. Əsəd rejimi onların dəstəyi sayəsində hakimiyyətdədir".

Vayt Türkiyə ilə ABŞ arasında Menbiç məsələsində əkldə olunan razılıq barədə də danışıb. Qeyd edib ki, Menbiç məsələsi gündəmdədir. ABŞ əsgərlərinə və müttəfiqlərə ediləcək hər bir hücuma cavab verəcəyik.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31