“Görüş zamanı eşitdim ki...” - Kremlin ənənəvi ssenarisi

"Moskva Donbasda "LXR" və "DXR"lə ("xalq respublikaları" adlandırılan separatçı rejimlər -red.) birbaşa danışıqları təklif edərək Ukraynanı tələyə salmaq istəyir".

Bunu Ukraynanın müvəqqəti işğal edilmiş ərazilər üzrə nazir müavini Georgi Tuk deyib.

"Kremlin hədəfi Ukraynada Dnestryanı ssenarisini təkrarlamaqdır. Moldovanın baş nazirin müavini ilə görüş zamanı mən eşitdim: bizim strateji səhvimiz ondan ibarətdir ki, Dnestryanı ilə birbaşa danışıqlara razılaşdıq", - o bildirib.

Tukun sözlərinə görə, birbaşa danışıqların başlanmasından sonra Moskva kənara çəkilərək "indi öz aralarında razılaşın" deyəcək: "Kreml danışıqların dəyərli tərəfi kimi öz marionetkalarını irəli çəkərək istənilən məsuliyyətdən qaçacaq və bir anda "müşahidəçi və sülhməramlı" mövqeyini tutacaq".

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31