Dünya

Şimali Kiprdə koronavirusdan ilk ölüm qeydə alınıb

28 Mart 2020 13:48

Şimali Kipr Türk Cümhuriyyətində yeni koronavirusdan (COVİD-19) ilk ölüm qeydə alınıb. Levkoşa Dövlət xəstəxanasında müalicə alan 67 yaşlı alman turist virusdan ölüb.

Böyük Britaniyanın 2-ci böyük hava limanı morq kimi fəaliyyət göstərəcək

28 Mart 2020 13:31

Böyük Britaniya hökuməti koronavirus (COVID-19) infeksiyasının ölüm hallarının sürətlə artırdığını nəzərə alaraq ölkənin 2-ci böyük hava limanı sayılan Birminqham aeroportunu 12 min meyit tutumu olan müvəqqəti morqa çevirəcək.

Türkiyənin İranla sərhəd bölgəsi karantinə alınıb

28 Mart 2020 13:29

Türkiyənin Van vilayətində İranla sərhəd Caldıran rayonundakı Han məhəlləsi karantinə alınıb.

İtaliyada koronavirusdan 46 həkim ölüb

28 Mart 2020 13:23

İtaliyada koronavirusa yoluxanları müalicə edən 46 həkim ölüb. Məlumatı “Haberturk” yayıb. Bildirilib ki, martın 28-i səhər saatlarınadək İtaliyada pandemiyadan 9 min 134 nəfər ölüb, virusa 66 min 414 nəfər yoluxub.

İsraildə koronavirusa yoluxanların sayı 3 460 nəfərə çatıb

28 Mart 2020 13:08

İsraildə təsdiqlənmiş COVID-19 diaqnozu olan xəstələrin sayı 3 460-a çatıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin son məlumatına görə, yoluxanlardan 50-nin vəziyyəti ağırdır. 12 nəfər ölüb, 89 nəfər sağalıb. 469 şəxs xəstəxanalarda, 1 828 nəfər evdə müalicə olunur, 484 nəfər hotellərdən yaradılmış xüsusi mərkəzlərdə həkimlərin nəzarəti altındadır.

Koronavirusa yoluxan 16 yaşlı lisey şagirdi öldü

28 Mart 2020 12:23

Çinin Uhan şəhərində meydana gələn və sürətlə yayılan yeni növ koronavirus xəstəliyinin yaşlıları və xroniki xəstəlikləri olan insanları öldürdüyü düşünülsə də, artıq gənclərdə də ölüm halları başlayıb.

Norveçin radio kanallarında koronavirus haqqında Azərbaycan dilində maarifləndirici məlumatlar təqdim olunacaq

28 Mart 2020 12:16

Norveçin radio kanallarında koronavirus (COVID-19) haqqında maarifləndirici məlumatlar Oslo bələdiyyəsinin sifarişi və “CAN” təşkilatının dəstəyi ilə müxtəlif dillərlə yanaşı, Azərbaycan dilində də səsləndiriləcək.

Sutka ərzində Özbəkistanda 16 nəfər yeni koronavirusa yoluxub

28 Mart 2020 12:01

Özbəkistanda yeni koronavirusa (COVID-19) yoluxanların sayı 104-ə çatıb. Özbəkistan Nazirlər Kabineti yanındakı Operativ Qərargahı xəbər verir ki, Moskvadan və İstanbuldan gələnlərin və karantində olanların hesabına sutka ərzində koronavirusa yoluxanlar 104 nəfər olub.

Ermənistan millisinin üzvü koronavirusa yoluxdu

28 Mart 2020 11:58

Boks üzrə Ermənistan yığmasının üzvlərindən birində koronavirus infeksiyası aşkarlanıb. Bu barədə yerli federasiyanın rəsmi saytı xəbər yayıb.

Britaniya kraliçası da koronaya yoluxdu

28 Mart 2020 11:41

Böyük Britaniya kraliçası II Yelizaveta yeni tip koronavirusa (COVİD-19) yoluxub. Bu barədə “UCR Nyus” məlumat yayıb.