Qarabağa giriş-çıxış məhdudlaşdırıldı

Qarabağa giriş-çıxış məhdudlaşdırıldı

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə giriş-çıxış məhdudlaşdırılıb.

Qarabağ separatçılarının "dövlət naziri" Qriqori Martirosyan yük daşımaları istisna olmaqla, 22 aprel tarixindən etibarən sakinlərin bölgəni tərk etməsini qadağan edib.

Məlumata görə, dəfn mərasiminə getmək lazım olarsa, mərhumun ən yaxın adamlarına icazə veriləcək. Ermənistan vətəndaşlarının Qarabağdan çıxışına isə məhdudiyyət qoyulmayıb.

Həmçinin hərbçilərin də giriş-çıxışı sərbəstdir. Səhhəti ilə bağlı müalicə alanlar müvafiq arayış təqdim etməklə hərəkət edə bilərlər.

Qeyd edək ki, Qarabağda koronavirusa yoluxma halları getdikcə artır.

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31