Türkiyənin keçmiş dini işlər nazirinin anası koronavirusdan öldü

Türkiyə Dini İşlər İdarəsinin keçmiş sədri Mehmet Görmezin anası Sıdıka Görmez koronavirusdan vəfat edib.

Bu barədə Məmur Həmkarlar Təşkilatının baş katibi Ali Yalçın sosial şəbəkədəki səhifəsində yazıb.

Qeyd edək ki, Mehmet Görmez 1959-cu il yanvarın 1-də Qaziantepdə anadan olub. Türkiyə Dini İşlər İdarəsinin 17-ci sədri olub. O, 2010-cu il noyabrın 11-dən 2017-ci il iyunun 31-dək bu vəzifədə çalışıb. Elə bu vəzifədən də təqaüdə çıxıb.

report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31