İspaniyada koronavirusa yoluxan tibb işçilərinin sayı 30 mini keçib
20 Aprel 2020 15:45 Dünyaİspaniyada COVİD-19 virusuna yoluxan tibb işçilərinin sayı 30 mini keçib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, epidemiyanın başladığı gündən aprelin 20-dək olan müddətdə 31 053 tibb işçisi koronavirusa yoluxub.
İspaniya mediasının xəbərinə görə, indiyədək koronavirusdan 34 tibb işçisi vəfat edib.
apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31