KİV: Ağ Ev İranla atəşkəsin Livana şamil edilmədiyini bildirir

Ağ Ev ABŞ və İran arasında atəşkəs razılaşmasının Livana şamil edilmədiyini iddia edir.

Olaylar.az xəbər verir ki, bu barədə Amerikanın "Axios" xəbər agentliyinin və İsrailin "Kanal 12" telekanalının müxbiri Barak Ravid özünün X sosial media səhifəsində məlumat verib.

"Ağ Evin mətbuat katibi Kerolin Livit mənə dedi ki, Livan İranla atəşkəs sazişinin bir hissəsi deyil", - deyə o bildirib.

"Fars" xəbər agentliyinin daha əvvəl verdiyi məlumata görə, İran İsrailin Livana hücumları səbəbindən Hörmüz boğazından gəmilərin keçidini dayandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31