Zaxarova: Rusiya ATƏT-ə üzv ölkələr arasında bərabərhüquqlu dialoqun bərpasına çalışacaq - ÖZƏL

Rusiya ATƏT-in 57 üzv dövləti arasında bərabərhüquqlu dialoqun bərpasına çalışacaq.

Olaylar xəbər verir ki,bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

O qeyd edib ki, konfransın xətti hələ mart ayında, müzakirə mövzuları sırasında "Rusiyanın məsuliyyətə cəlb edilməsi", "Krımın işğalı" və "Belarusda hüquq müdafiəçilərinin təqib edilməsi" kimi məsələlər olduğu zaman aydın olub.

"ATƏT üçün böhranlı bir dövrdə bu cür ciddi tarixə belə yanaşmanı qəbuledilməz hesab edirik... 57 ATƏT üzv dövləti arasında bərabərhüquqlu dialoqun bərpası üçün çalışacağıq və təşkilatın imkanlarından həqiqəti çatdırmaq üçün istifadə etməyə davam edəcəyik," - deyə Zaxarova bildirib.

Bundan əvvəl bildirilmişdi ki, Rusiya 2025-ci ilin dekabrında Vyanada keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31