Fransada etiraz aksiyalarında gizli polislərin iştirakı ilə bağlı hesabat yayımlanıb
19:36 DünyaFransada keçirilən etiraz aksiyalarında gizli polislərin iştirakı ilə bağlı hesabat dərc edilib.
Olaylar xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, tədqiqatçılar ölkədə aksiyalar zamanı polis əməliyyatlarının getdikcə daha çox hərbiləşdirildiyini vurğulayıblar.
Buna misal olaraq bildirilib ki, "A69" layihəsinə qarşı keçirilən aksiyada təxminən 700 nəfər iştirak edib.
Prefektura tərəfindən bu aksiya əvvəlcədən qadağan olunsa da, təşkilatçılar onu xoşniyyətli bir tədbir kimi təqdim ediblər. Lakin hesabatda vurğulanır ki, tədbirin mahiyyəti ilə uyğun olmayan şəkildə 1600 polis və jandarma, zirehli texnika və çoxsaylı gözyaşardıcı qaz atıcıları ilə aksiyaya müdaxilə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31