Borrell: Qəzzaya atılan bombaların üçdə biri Avropada istehsal olunur - ÖZƏL
19:22 DünyaAvropa İttifaqının sabiq ali nümayəndəsi Cozep Borrell bəyan edib ki, Avropa Qəzzada dinc əhalinin həlak olmasına görə məsuliyyət daşıyır, çünki İsrailə münaqişə zamanı istifadə olunan sursatlar tədarük edir.
Olaylar xəbər verir ki,Borrell EUobserver-ə müsahibəsində qeyd edib ki, "Qəzzaya atılan bombaların üçdə biri Avropada istehsal olunur."
"Getdikcə daha çox belə bir hiss yaranır ki, hərəkətsizlik bizi baş verənlərə görə məsuliyyət daşıyan edir," - deyə Aİ-nin keçmiş xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi bildirib.
Bundan əvvəl Borrell İsrailin Avropa İttifaqının Horizon tədqiqat proqramına çıxışının məhdudlaşdırılmasını "pis zarafat" adlandırmışdı.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31