Zaxarova: Kanadanın əyalətləri Ottavanın liberal anqlo-sakson cəhənnəmində narahatdır - ÖZƏL
19:15 DünyaRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Kanadanın Rusiyaya qarşı sanksiya siyasəti yalan iddialara əsaslanır və konkret arqumentlərə malik deyil.
Olaylar xəbər verir ki,"Kanada rejiminin Rusiyaya qarşı bütün sanksiya siyasəti guya yeni regionlarda keçirilmiş referendumların qeyri-legitimliyi barədə yalan iddiaya əsaslanır. Əgər bu tezisi çıxarsaq, arqumentasiyadan əsər-əlamət qalmaz," - deyə o bildirib.
Diplomatın təqdim etdiyi sorğuların nəticələrinə görə, Kanadanın əyalətlərində yaşayan insanların getdikcə daha çoxu ölkədən ayrılmaq istəyir, çünki onlar "Ottavanın liberal anqlo-sakson cəhənnəmində özlərini getdikcə daha narahat hiss edirlər." Bu xüsusilə Saskaçevan və frankofon Kvebek əyalətlərinə aiddir.
Zaxarovanın fikrincə, Kanada ümumi ideyanın itirilməsi, narkotiklərin leqallaşdırılması və liberal gündəmin zorla qəbul etdirilməsi səbəbindən böhrana yaxınlaşır.
Bundan əvvəl Kanadanın ABŞ-la ticarət əlaqələrinə cavabdeh olan hökumətlərarası əlaqələr naziri Dominik Leblan CBS telekanalına müsahibəsində bildirmişdi ki, yaxın günlərdə iki ölkənin rəhbərləri - Donald Tramp və Mark Karni arasında mümkün ticarət sazişi ilə bağlı görüş gözlənilir.
İbrahim Məmmədli