Hindistan Rusiya neftinə görə ABŞ ilə əlaqələri pozmaq riskinə girməyəcək

Hindistan hakimiyyəti Rusiya neftinin tədarükünə görə Birləşmiş Ştatlarla münasibətləri kəsmək riskinə getməyəcək.

Olaylar xəbər verir ki,bu barədə CNBC kanalı məlumat yayıb.

Rapidan Energy Group konsaltinq şirkətinin prezidenti Bob Maknalli qeyd edib ki, "Hindistan tərəfi ABŞ prezidenti Donald Trampın təhdidlərindən sonra çaşqınlıq içindədir."

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Hindistan 1 avqustdan etibarən 25%-lik gömrük rüsumlarının tətbiqindən sonra Rusiya neftinin idxalını dayandıracaq.

Eyni zamanda, The Guardian qəzeti yazıb ki, Hindistan Trampın təhdidlərinə baxmayaraq, Rusiyadan neft almağa davam edəcək.

Rusiya Hökuməti yanında Maliyyə Universitetinin və Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti İqor Yuşkov isə bildirib ki, Hindistan ABŞ-ın tətbiq etdiyi rüsumlara baxmayaraq, Rusiya neftini almaqda davam edəcək.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31