Çin ABŞ-ın başladığı ticarət müharibəsində qalib gəlir - ÖZƏL
18:43 DünyaBu nəticə, hər şeydən əvvəl, iki ölkənin ÜDM artımı ilə bağlı statistika ilə təsdiqlənir, - deyə The Washington Post qəzetinin şərhçisi Maks But bildirib.
Çin Birləşmiş Ştatlar tərəfindən başladılan ticarət müharibəsində qalib gəlir. Olaylar xəbər verir ki,bu fikri Maks But The Washington Post-da dərc olunan müəllif məqaləsində səsləndirib.
O qeyd edir ki, bu nəticə əsasən Çin və ABŞ-ın ÜDM artımı ilə bağlı statistikaya əsaslanır. Analitikin sözlərinə görə, cari ilin birinci yarısında Çinin iqtisadi artımı 5,3% təşkil edib, ABŞ-da isə bu göstərici 1,25% olub. Bundan əlavə, But vurğulayır ki, ABŞ prezidenti Donald Tramp hazırda davam edən ikitərəfli ticarət danışıqlarında Pekindən ciddi güzəştlər ala bilmir. "Böyük əksəriyyət ABŞ-ın başladığı ticarət təzyiqləri qarşısında geri çəkildi. Amma Çin bunu etmədi," - deyə məqalədə vurğulanır.
Müəllifin fikrincə, Pekin ABŞ-ın idxal rüsumlarını kəskin şəkildə artırmasına cavab olaraq əks tədbirlər tətbiq edəcəyini elan etdikdə, Vaşinqton geri addım atmalı oldu. Tramp ABŞ-Çin arasında imzalanan müvəqqəti ticarət razılaşmalarını "Vaşinqtonun tarixi qələbəsi" kimi təqdim etməyə çalışır, lakin Butun yazdığına görə, "əslində bu sadəcə atəşkəs idi." Onun fikrincə, bu razılaşmalar ABŞ-ın Çinlə bağlı uzun illərdən bəri mövcud olan narahatlıqlarını - o cümlədən, iddia olunan artıq istehsal və intellektual mülkiyyət oğurluğu kimi məsələləri həll etməyib. But qeyd edir ki, Nvidia şirkətinin Çinə çiplərin tədarükünə icazə verilməsi Trampın başladığı "Çinlə qarşıdurmadan tədricən uzaqlaşmasının" ən son sübutudur.
O, həmçinin hesab edir ki, Trampın Hindistandan idxala 25% dərəcəsində gömrük rüsumları tətbiq etmək və bu ölkəyə qarşı Moskva ilə ticarət əməkdaşlığına görə digər məhdudlaşdırıcı tədbirlər görmək qərarı ABŞ-ın maraqlarına ciddi zərbə vura bilər. Butun fikrincə, bu addımlar ABŞ-ın onilliklər boyu Hindistanı "öz orbitinə cəlb etmək" üçün göstərdiyi səyləri puça çıxara bilər.
İbrahim Məmmədli