Danas: Vuçiç Vladimirə zəng edib qazları yemləməyi dayandırmasını xahiş etdi - ÖZƏL
18:37 DünyaSerbiya Prezidenti Aleksandr Vuçiç Jitoraca şəhəri yaxınlığında yerləşən kəndlərin sakinləri ilə görüş zamanı telefonla Vladimir adlı şəxsə zəng edərək ondan "kövşək qazları" yemləməyi dayandırmasını xahiş edib.
Olaylar xəbər verir ki,bu barədə "Danas" qəzeti məlumat yayıb. Nəşr qeyd edir ki, telefon danışığı sakinlərin Telekom Srbija telekommunikasiya şirkətinin fəaliyyəti ilə bağlı şikayətlərindən sonra baş tutub.
"Mən sizdən xahiş edərdim ki, pulların bir hissəsini mənasız seriallara və kök qazların yemlənməsinə yox, kasıblara verəsiniz," - deyə Vuçiçin sözləri nəşrdə sitat gətirilir.
Nəşrin fikrincə, Serbiya liderinin zəng etdiyi şəxs şirkətin baş direktoru Vladimir Luçiç olub.
Qeyd edək ki, bundan əvvəl Vuçiç sentyabrın əvvəlində Çində Rusiya Prezidenti Vladimir Putinlə görüşə biləcəyini istisna etməmişdi.
İbrahim Məmmədli