Litva Prezidenti İsraili humanitar böhranı aradan qaldırmağa çağırdı – ÖZƏL
16:57 DünyaLitva Prezidenti Gitanas Nauseda İsraili Qəzza zolağında aclığı siyasi vasitə kimi istifadə etməməyə çağırıb.
Olaylar.az xəbər verir ki, bu barədə o, Vilnüsdə İsrail Prezidenti İsxak Hersoqla keçirdiyi birgə mətbuat konfransında bildirib.
"Qəzza zolağında humanitar vəziyyət faciəvi olaraq qalır. Aclıq siyasi və ya hərbi vasitəyə çevrilə bilməz", - deyə Nauseda vurğulayıb.
Litva lideri İsraili təcili tədbirlər görməyə, humanitar yardımın mülki əhaliyə, xüsusən qadınlara və uşaqlara çatdırılmasını təmin etməyə çağırıb.
Qeyd edək ki, İsrail Prezidentinin Litvaya səfəri zamanı etiraz aksiyaları keçirilib. Prezident sarayı qarşısında piket təşkil olunub, axşam saatlarında isə 500 nəfərin iştirakı nəzərdə tutulan mitinq planlaşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31