Kanada-Tramp görüşü tarif böhranını həll edə bilər – ÖZƏL

Kanadanın sabiq xarici işlər naziri Piter Makkey hesab edir ki, Baş nazir Mark Karni yalnız ABŞ prezidenti Donald Trampla şəxsi görüş zamanı tariflərlə bağlı məsələni Ottavanın xeyrinə həll edə bilər. Olaylar.az xəbər verir ki, bu barədə o, CTV telekanalına müsahibəsində bildirib.
"Trampla baş nazirimizin şəxsi danışıqları yəqin ki, bu ticarət razılaşmasının əldə olunmasının yeganə yoludur," - deyə Makkey vurğulayıb. O, Kanadanın 2006-2007-ci illərdə xarici siyasət idarəsinə rəhbərlik edib.
Makkey əlavə edib ki, son günlər Trampın qəbul etdiyi qərarlar Kanada iqtisadiyyatına mənfi təsir göstərir və Karni bu prosesə son qoymağa çalışmalıdır.
Telekanalın məlumatına görə, Kanada və ABŞ arasında tariflərlə bağlı aylardır davam edən danışıqlar hələ də nəticə verməyib.
Avqustun 3-də Kanadanın federal hökumətlərarası əlaqələr naziri Dominik Leblan bildirib ki, yaxın günlərdə ABŞ və Kanada rəhbərləri yeni 35 faizlik gömrük rüsumları fonunda mümkün ticarət razılaşmasını müzakirə edəcəklər.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp avqustun 1-də Kanadaya qarşı tarifləri 25 faizdən 35 faizə qədər artırıb. O, Ottava ilə ticarət sazişi imzalamağın çətin olacağını bildirib. Səbəb kimi isə Kanadanın Fələstini tanımaq niyyətini göstərib.
Mark Karni isə bu qərara cavab olaraq bildirib ki, Ottawa sənaye rəqabət qabiliyyətini və iş yerlərini qorumaq üçün tədbirlər görəcək. Lakin Kanada hələlik ABŞ məhsullarına qarşı cavab tarifləri tətbiq etməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31