Avropanın Fələstini tanıması ABŞ-lə Ukraynaya dəstək dialoqunu çətinləşdirə bilər - ÖZƏL
14:01 DünyaThe Wall Street Journal qəzetində dərc olunan məqalədə qeyd olunur ki, Fransa, Böyük Britaniya və Kanadanın Fələstin dövlətini tanımaq planları ABŞ Konqresindəki respublikaçılarla Ukraynaya hərbi yardım məsələsində əməkdaşlığı çətinləşdirə bilər. Olaylar.az xəbər verir ki, bu fikri ABŞ-nin mühafizəkar "American Enterprise Institute" (AEI) araşdırma mərkəzinin Yaxın Şərq üzrə ixtisaslaşmış tədqiqatçısı Daniel Samet bildirib.
Samet qeyd edib ki, ABŞ Konqresi və prezident administrasiyasındakı respublikaçıların əksəriyyəti hələ də İsrailpərəst mövqe nümayiş etdirir. Onların bir hissəsi həmçinin transatlantik tərəfdaşlığın gücləndirilməsinin və Ukraynaya hərbi yardımın artırılmasının tərəfdarıdır. Onun fikrincə, Fransa, Böyük Britaniya və Kanada tərəfindən verilən bəyanatlar bu qanunvericilərlə dialoqu zəiflədir:
"Əgər Fransa və Britaniya düşünürsə ki, chr("39")Ukraynanın təhlükəsizliyi Avroatlantik təhlükəsizlikdən ayrılmazdırchr("39") və Kanada chr("39")suveren və təhlükəsiz Ukraynaya sarsılmaz dəstəkchr("39") göstərməyə sadiqdirsə, onda niyə bu jestlə respublikaçıları uzaqlaşdırırlar?", - deyə Samet bildirib.
O əlavə edib ki, bu üç ölkənin Fələstini tanıması faktiki olaraq onun siyasi reallığa çevrilməsinə səbəb olmayacaq. Çünki ərazinin real idarəçiliyi və vahid, davamlı administrasiyanın olmaması bu prosesi mümkünsüz edir. Ekspert bunu "lazımsız və təhlükəli bir səhv" kimi qiymətləndirib və bu addımın Vaşinqtonla münasibətləri gərginləşdirəcəyini deyib.
Qeyd edək ki, Kanadanın Baş naziri Mark Karni Fələstin dövlətinin BMT Baş Assambleyasının sentyabr sessiyasında tanınacağını bəyan edib. Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransanın Prezidenti Emmanuel Makron da oxşar açıqlamalar veriblər.
Digər tərəfdən, iyulun 23-də İsrail parlamenti Knesset, hökumətə İordan çayının qərb sahilinə suverenliyin yayılması ilə bağlı çağırış edən bir deklarasiyanı qəbul edib. Sənəd hüquqi qüvvəyə malik olmasa da, Bəhreyn, Misir, İndoneziya, İordaniya, Qətər, Nigeriya, BƏƏ, Fələstin, Səudiyyə Ərəbistanı və Türkiyə daxil olmaqla 10 ərəb və müsəlman ölkəsi bu addımı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüquqa zidd hərəkət kimi qınayıb. Rusiya Xarici İşlər Nazirliyi də İsrailin bu bəyanatını mənfi qarşıladığını və həyata keçirilməyəcəyinə ümid etdiyini bildirib.