Ərdoğan Putinə qarşı HƏRƏKƏTƏ KEÇDİ: öncə Kiyevə gedir, sonra “Şuşa Bəyannaməsi” üçün Azərbaycanla..

Ukraynanın Türkiyədəki səfiri Nariman Cəlal "RBK-Ukrayna"ya müsahibəsində bildirib ki, Prezident Zelenski şəxsən Rəcəb Tayyib Ərdoğana Kiyevə rəsmi səfər üçün dəvət göndərib.

Olaylar.az xəbər verir ki, diplomat bu səfərin asan baş tutmadığını vurğulayıb:

"Bu səfərin reallaşması üçün ciddi səylər göstərilməlidir, çünki onun qarşısında dayanan bir sıra maneələr var".

Əsas gündəm mövzularından biri Ukrayna ilə Türkiyə arasında azad ticarət sazişinin ratifikasiyası ola bilər.

Qeyd edək ki, Ankara və Kiyev arasında iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlıq son illərdə daha da dərinləşib.
Teleqram kanallarında yayılan məlumatlara görə, Ərdoğan eyni zamanda Rusiya ilə Azərbaycan arasında gərginləşən münasibətləri düzənləmək və ölkəmizə dəstək vermək adına "Şuşa Bəyannaməsi"ndən irəli gələn bəzi addımlar atacaq. Bu müddət ərzində ölkələr arasındakı gərginliyin azalacağına ümid edən Ərdoğan nəhayət dost-tərəfdaş olaraq məsələyə müdaxilə edəcək. Bu isə son zamanlar Azərbaycanın üzərinə bütün sferalarda gələn Rusiyaya sərt şapalaq olacaq.  (Musavat.com)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31