Trampın ticarət siyasəti qlobal qaydaları dəyişmək gücündə deyil – ÖZƏL

ABŞ Prezidenti Donald Tramp beynəlxalq ticarətdə ölkəsinin təsir imkanlarını şişirdir və proteksionist addımlarla dünya ticarət qaydalarını dəyişə bilməz. 

Olaylar.az xəbər verir ki, bu barədə China Daily qəzetinin redaksiya məqaləsində bildirilir.

Məqalədə qeyd olunur ki, ABŞ qlobal ticarətin cəmi 17 faizini təşkil edir və tarif təhdidləri ilə qaydaları yenidən yazmağa çalışması real deyil. Bu kontekstdə Trampın Hindistanı Rusiyadan neft idxalını dayandırmağa məcbur etmək cəhdləri tənqid edilir və bunun Vaşinqtonla Yeni Dehli arasında ticarət məsləhətləşmələrini daha da çətinləşdirəcəyi vurğulanır.

Qəzet yazır ki, Tramp "razılaşma sənəti" adı altında birtərəfli və istismarçı yanaşma tətbiq etsə də, dünya ticarət sisteminə faydalı heç bir yeni norma gətirməyib. ABŞ-nin Avropa İttifaqı da daxil olmaqla bir sıra aparıcı iqtisadiyyatlarla apardığı danışıqların da uğursuz olduğu bildirilir.

China Daily hesab edir ki, Vaşinqton tarif müharibəsini geosiyasi məsələlərlə, o cümlədən Ukrayna böhranı ilə əlaqələndirməyə çalışır. Bu isə həm ticarət danışıqlarını, həm də beynəlxalq problemlərin həllini çətinləşdirir.

Yekunda bildirilir ki, tarif artımı nə ABŞ büdcə kəsirini azaldacaq, nə də yeni iş yerləri yaradacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31