Taylandda Kambocaya casusluqda şübhəli bilinən şəxs saxlanılıb - ÖZƏL
12:58 DünyaTaylandın Praçuap Khirikhan vilayətində yerləşən hərbi hava bazasının yaxınlığında Kambocaya casusluqda şübhəli bilinən şəxs saxlanılıb. Olaylar.az xəbər verir ki, bu barədə "The Nation" qəzeti Krallığın Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxs Kamboca-Tayland sərhədini keçərək bazaya GPS izləyici qurğunu dron vasitəsilə atmağa cəhd edib.
Qeyd olunur ki, əməliyyatın məqsədi baza ərazisində pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemlərini yoxlamaq və GPS cihazını gizli şəkildə yerləşdirməklə gələcəkdə dron hücumlarını planlaşdırmaq olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31