Rusiyadan gələn humanitar yardıma qarşı çıxışlar Ermənistanda narazılıq doğurur – ÖZƏL

Rusiyalı təşkilatların Qarabağdan köçkün düşmüş ermənilərə göstərdiyi humanitar yardıma Ermənistan hakimiyyətinə yaxın çevrələrdən etirazlar var. 

Olaylar.az xəbər verir ki, bu barədə "Maarifçi Ermənistan" partiyasının sədr müavini David Hacakyan sosial şəbəkədəki paylaşımında bildirib.

Onun sözlərinə görə, bəzi şəxslər Qarabağ ermənilərini bu yardımdan imtina etməyə çağırır. Hacakyan qeyd edib ki, bu çağırışları əsasən hakimiyyətin "Qarabağ ermənilərinin geri qayıtmaq hüququndan danışmaq olmaz" mövqeyini dəstəkləyənlər və "Qarabağın itirilməsini Ermənistanın müstəqilliyi üçün ödənilən bədəl" hesab edənlər səsləndirir.

O bildirib ki, Rusiya bu yardımla Qarabağ ermənilərinin hələ də mövcud olduğunu xatırladır və onların hüquqlarına diqqət çəkir. Hacakyanın fikrincə, məsələ yardımda deyil, bu yardımın "azərbaycan-türk etnik təmizləməsinin qurbanları"nı xatırlatma məqsədi daşımasındadır.

Xatırladaq ki, bir neçə gün əvvəl "Rusiya sizinlədir" layihəsi çərçivəsində Qarabağdan olan köçkünlərə humanitar yardımın paylanmasına start verilib. Layihə "Rusiya Humanitar Missiyası" və "Avrasiya" qeyri-kommersiya təşkilatı tərəfindən, "Rossotrudniçestvo"nun dəstəyi ilə həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31