İran ABŞ-lə birbaşa danışıqları rədd etdi- ÖZƏL

İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai Tehranın ABŞ-lə birbaşa danışıqlara getmək niyyətində olmadığını açıqlayıb. Olaylar.az xəbər verir ki, bu barədə o, həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Xeyr, bu, istisnadır," - deyə Baqai birbaşa dialoq ehtimalı ilə bağlı sualı qısa şəkildə cavablandırıb.
Xatırladaq ki, İranla ABŞ arasında Oman vasitəçiliyi ilə aparılan beş raund qeyri-birbaşa danışıqlar 2025-ci ildə nəticəsiz başa çatmışdı. Danışıqların dayandırılmasına İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlar və ABŞ Silahlı Qüvvələrinin İranın nüvə obyektlərinə endirdiyi zərbələr səbəb olmuşdu.
Eyni zamanda, "Avropa üçlüyü" - Böyük Britaniya, Almaniya və Fransa da Tehranla paralel danışıqlar aparsa da, yeni nüvə sazişinin əldə olunmasında vasitəçilik missiyasını uğurla başa vura bilməyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31