İran “Sülh kəsişməsi” təşəbbüsünü dəstəkləyir, Zəngəzur dəhlizinə qarşı ehtiyatlıdır – ÖZƏL

İran Ermənistanın irəli sürdüyü "Sülh kəsişməsi" təşəbbüsünü dəstəkləyir və onun reallaşmasının region üçün faydalı olacağına inanır. 

Olaylar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai "Armenpress" agentliyinə müsahibəsində bildirib.

O qeyd edib ki, Tehran iqtisadi inkişaf və rifah üçün qarşılıqlı əlaqəliliyi əsas şərt hesab edir. Cənubi Qafqazda iqtisadi və nəqliyyat infrastrukturunun açılması ilə bağlı müzakirələrə toxunan Bəqai bildirib ki, bütün nəqliyyat marşrutları beynəlxalq tanınmış sərhədlər çərçivəsində həyata keçirilməli, heç bir ölkənin suverenliyini və ərazi bütövlüyünü pozmamalıdır.

İranlı diplomat həmçinin qeyd edib: "Biz həm Azərbaycan, həm də Ermənistanla güclü ikitərəfli münasibətlərə malikik və hər iki qonşumuzla mehriban qonşuluq siyasətini davam etdirməyə sadiqik."

Ermənistanın təşəbbüs etdiyi "Sülh kəsişməsi" layihəsinin ərazi bütövlüyü, suverenlik və qarşılıqlılıq prinsiplərinə əsaslandığını vurğulayan Bəqai, Azərbaycanın Naxçıvanla əlaqə üçün tələb etdiyi eksteryal dəhliz məsələsinə də münasibət bildirib: "Biz bütün marşrutların mövcud sərhədlərə hörmətlə yanaşmaqla həyata keçirilməsinin tərəfdarıyıq."

O həmçinin əlavə edib ki, region xarici müdaxilələrdən uzaq olmalıdır: "Cənubi Qafqaz məsələlərinə region xaricindən olan üçüncü tərəflərin qarışması vəziyyəti daha da gərginləşdirə bilər və bu, bölgə ölkələrinin maraqlarına xidmət etməz. Bu, İranın prinsipial mövqeyidir və dəyişməz qalacaq."

Müsahibədə İran Prezidenti Pezeşkianla Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutmuş telefon danışığına da toxunulub. Həmin danışıq zamanı Prezident Pezeşkian İsrailin Azərbaycan hava məkanından İrana qarşı istifadə etməsi ilə bağlı yayılan məlumatların araşdırılmasını istəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31