İran XİN: Heç bir ölkə ərazisini başqa dövlətə qarşı istifadə etdirməməlidir

"Bütün dövlətlər, o cümlədən Azərbaycan və Ermənistan beynəlxalq hüquqa əsasən, onların ərazilərinin üçüncü tərəflər tərəfindən başqa dövlətə qarşı istifadə olunmasına yol verməməlidir".

Olaylar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Ermənistan KİV-ə müsahibəsində İsrailin ölkəsi ilə son münaqişədə Azərbaycan ərazisindən istifadəsi ilə bağlı təxribatçı sualı cavablandırarkən deyib. (Teleqraf)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31