ABC: İsrail HƏMAS-ın girovlarla bağlı razılaşmaya maraqlı olmadığını düşünür - ÖZƏL

İsrailin Baş naziri Benyamin Netanyahu girovların azad olunması probleminin hərbi yolla həllinə üstünlük verir. Olaylar.az xəbər verir ki, bu barədə İsrail rəsmisi "ABC" telekanalına məlumat verib.
Məlumata görə, İsrail hakimiyyəti hesab edir ki, radikal Fələstin təşkilatı olan HƏMAS girovların azad olunması ilə bağlı razılaşma əldə etməkdə maraqlı deyil. Telekanal qeyd edir ki, hazırda Qəzza zolağında azı 20 sağ israilli girov saxlanılır. Bu səbəbdən Netanyahu Qəzzada hərbi əməliyyatların miqyasını genişləndirməyə hazırlaşır.
İyulun 27-də Qəzzadakı HƏMAS lideri Xəlil əl-Həyyə bildirib ki, İsrailin blokadası davam etdiyi müddətdə danışıqların mənası yoxdur. Bu bəyanatdan əvvəl Netanyahu İsrail nümayəndə heyətinin Qətərin paytaxtı Dohadan geri çağırılması barədə göstəriş vermişdi. Həmin şəhərdə iyulun 6-dan etibarən Qəzzadakı münaqişənin nizamlanması ilə bağlı danışıqlar aparılırdı.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff isə bildirib ki, Vaşinqton da HƏMAS-ın son cavabından sonra öz danışıqlar heyətini Dohadan geri çağırmaq qərarına gəlib. Uitkoffun sözlərinə görə, cavab Qəzzada atəşkəsin əldə olunmasına dair real istək olmadığını göstərir.
Öz növbəsində HƏMAS bu qiymətləndirmə ilə razılaşmadığını bildirib və qeyd edib ki, digər vasitəçilər təqdim olunan cavabı konstruktiv sayaraq onu dəstəkləyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31