Ankara: Ukrayna münaqişəsi üzrə danışıqlar davamlı olmalıdır – ÖZƏL
10:47 DünyaUkraynadakı münaqişənin həlli üzrə İstanbulda keçirilən danışıqlar prosesi pozulma cəhdlərinə baxmayaraq intensivliyini qoruyub saxlamalıdır.
Olaylar.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasından bildirilib.
"Əlbəttə, biz danışıqların intensiv olacağına ümid edirik. Türkiyə tərəfi daim dialoqun davam etdirilməsinə çağırır", - deyə agentliyin sualını cavablandıran mənbə qeyd edib.
2022-ci ildəki kimi danışıqların pozulması cəhdlərinin olub-olmadığı barədə suala cavab olaraq mənbə bildirib: "Belə cəhdlər həmişə olacaq. Məhz buna görə dialoqu qorumaq vacibdir."
Qeyd edək ki, Rusiya və Ukrayna arasında İstanbulda üç birbaşa danışıqlar raundu baş tutub. Danışıqlar nəticəsində tərəflər əsir mübadiləsi aparıb, Rusiya isə Ukrayna tərəfinə həlak olmuş hərbçilərin cəsədlərini təhvil verib. Həmçinin, münaqişənin tənzimlənməsinə dair memorandum layihələri qarşılıqlı şəkildə təqdim edilib.