Rusiya Donetsk hava limanını bərpa edir - GÖRÜNTÜLƏR YAYILDI

Rusiya Donetsk hava limanını bərpa edir.

Olaylar.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) hesabat yayıb.

Məlumata görə, hava limanının bərpası Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün əlavə təhlükə yaradacaq, çünki reaksiya vaxtı xeyli azalacaq.

Analitiklərin qənaətinə görə, Rusiya ordusunun cəbhədə irəliləməsi təkcə Ukraynaya deyil, NATO ölkələrinə də artan təhlükə yaradır.

Bu isə münaqişənin daha geniş regional qarşıdurmaya çevrilə biləcəyi ehtimalını gücləndirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31