İran ordusunu gücləndirmək üçün BUNU EDƏCƏK - YENİ PLAN
10:11 Dünyaİran ordusunun müdafiə imkanlarını artırmaq məqsədilə ölkədə yeni hərbi idarəetmə qurumu - Milli Müdafiə Şurası yaradılıb.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı İranın dövlət televiziyası yayıb. Bildirilib ki, Ali Milli Təhlükəsizlik Şurası artıq Milli Müdafiə Şurasının yaradılmasına dair qərarı təsdiqləyib.
Yeni orqanın rəhbəri İran İslam Respublikasının yeni seçilmiş prezidenti Məsud Pəzeşkiyan olacaq. Şuranın tərkibinə isə yüksək rütbəli hərbi komandirlər, nazirlər və digər aparıcı dövlət məmurları daxil ediləcək.
Milli Müdafiə Şurasının əsas vəzifələri sırasında İranın mövcud müdafiə strategiyalarının yenilənməsi, eləcə də Silahlı Qüvvələrin döyüş hazırlığının və texniki imkanlarının gücləndirilməsi yer alır.
Müşahidəçilər bu addımı Tehranın bölgədə artan təhlükələr fonunda ordunu daha çevik və hazırlıqlı vəziyyətə gətirmək məqsədi daşıyan ciddi struktur islahatı kimi qiymətləndirirlər. (Musavat.com)