Türkiyədə İŞİD-ə qarşı irimiqyaslı əməliyyat keçirilib

Türkiyənin 14 vilayətində İŞİD terrorçu qruplaşmasına qarşı irimiqyaslı əməliyyat keçirilib.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin DİN rəhbəri Əli Yerlikaya öz "X" səhifəsində məlumat paylaşıb.

Məlumata əsasən, əməliyyatın gedişində ümumilikdə 26 nəfər həbs olunub.

Yerlikaya bildirib ki, bəzi şübhəlilərin İŞİD qruplaşmasına üzv olduğu, qruplaşmanın təbliğatını apardığı və xeyriyyə yardımı adı altında terrorçu qruplaşmaya maliyyə dəstəyi göstərdiyi təsbit edilib.

Əməliyyatın gedişində terror fəaliyyəti ilə əlaqəli çox sayda rəqəmsal materialın ələ keçirildiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31