Tramp Rusiya ilə sərhədə iki nüvə sualtı qayığı göndərdi – “Müharibəyə hazırıq!”

ABŞ prezidenti Donald Tramp RusiyaTəhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin təhdidləri fonunda Amerikanın Rusiya ilə mümkün nüvə müharibəsinə tam hazır olduğunu bildirib.

"Medvedev nüvə silahları haqqında danışmağa başladı və söhbət nüvə silahına gəldikdə, biz hazır olmalıyıq. Və biz tam hazırıq", - Tramp vurğulayıb.

Tramp əlavə edib ki, o, amerikalıları qorumaq üçün Medvedevin bəyanatlarına cavab olaraq strateji əhəmiyyətli regionlarda nüvə sualtı qayıqlarının yerləşdirilməsi əmrini verib.

"Biz ehtiyatlı olmalıyıq. Təhdid edilib, biz bunun məqsədəuyğun olduğuna inanmırıq. Mən bunu insanların təhlükəsizliyi üçün etmişəm", - ABŞ prezidenti qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31